Bell AH-1 SuperCobra

Kobra helikopterləriAmerika Birləşmiş Ştatlarının istehsalı olan bir hücum helikopteridir. Çox saylı istehsalı və ixracı ilə diqqət cəlb etmişdir. Hələ də, Kobra helikopterlərinin inkişaf etdirilmiş versiyası olan Super Kobralar bəzi ölkələrin silahlı qüvvələri tərəfindən istifadə olunur. Kobra helikopterlərinin ən inkişaf etdirilmiş modeli Super Kobra helikopter (Bell AH-1W) modelinin ABŞ dəniz piyadaları korpusu üçün daha da təkmilləşdirilmiş olan versiyasının üzərində işlərin davam etdirilməsi haqqında müəyyən məlumatlar mövcuddur. Bu modelə də AH-1Z Viper Cobra adı verilmişdir.

Bell AH-1 SuperCobra
Tipi Hücum helikopteri, Bell AH-1 Kobra
Hazırlayan Bell Textron Helicopter
İstehsalçı Bell Textron Helicopter
İlk uçuş 1969
İstismarçılar
Buraxılış sayı 1.271
Baza modeli Bell AH-1 Kobra
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]
  • Super Kobraların yüksüz ağırlıqları 4670 kiloqram olub yüklü ağırlıqları təxminən 6690 kiloqramdır.
  • 16 metr 26 sm-lik bir uzunluğa malikdirlər.
  • Qanadlarının açıq formada eni təxmini olaraq 13,40 metrdir.
  • Hündürlüyü 5,5 metr civarındadır.
  • Bütün təkmilləşdirilmiş hücum helikopterlərində olduğu kimi bir pilot və bir pilot köməkçisi (silah işlərinə baxır) olmaqla ekipajı iki nəfərdən ibarətdir.
  • Cüt motorlu bir hücum helikopterləri olub motorlarının hər birinin gücü 1690 at gücünə bərabərdir. Motorların istehsalçısı General Elektrik şirkətidir.
  • Təxmini olaraq saatda 281 kilometrlik bir sürət yığa bilir.
  • Heç yanacaq götürmədən 590 kilometrlik bir məsafəni qət edə bilir.
  1. Çox güclü və inkişaf etmiş silahlara malik olan Super Kobralarda pulemyot kimi 20 mm-lik M197 pulemyotundan istifadə edilir.
  2. Həmçinin üzərlərində başlıqlı döyüş raketləri də mövcuddur. Bu döyüş raketləri TOW və AIM-9 tipli başlıqlı döyüş raketləridir.
  3. Üçüncü silahı isə raketləridir. Üzərində 12 ədət raket vardır.

İstifadəçilər

[redaktə | mənbəni redaktə et]