Qəribə bellevaliya (lat. Bellevalia paradoxa) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin qulançarkimilər fəsiləsinin bellevaliya cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir –VU D2. Azərbaycanın nadir, Qafqazın endemik növüdür.
Qəribə bellevaliya | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Cins: Növ: Qəribə bellevaliya |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
Çoxillik ot bitkisidir. Soğanağı yumurtavari, 2-2,5 sm enində, tünd, 1,5-2 sm enində boz qınla örtülüdür. Gövdə 30 sm-ə qədər hündürlükdədir. Yarpaqlar 2-3, uzunsov, dar-xətvari və ya dar-lansetvari, 0,5-1 (1,5) sm enində, aşağıdan sıxılmışdır. Salxım çoxçiçəkli, sıx, 2-6 sm uzunluğunda, uzunsov ovaldır. Çiçəkyanlığı qara, mavi, 5 mm uzunluğunda, uzunsov-zəngvari, çiçək saplağına bərabərdir. Erkəkcik çiçəkyanlığının əsnəyinə birləşmişdir. Tozcuq sarıdır.
Çiçəkləmə, meyvə əmələgətirmə dövrü may-iyun aylarına təsadüfedir. Mezokserofitdir. Soğanaqla və toxumla çoxalır. Orta və yuxarı dağ qurşağında, subalp və alp çəmənliklərində, rütubətli çəmənlərdə bitir.
Naxçıvanın dağlıq hissəsində (Şahbuz rayonu, Batbat və Kükü kəndi ərazilərində).
Populyasiyanın təbii bərpası azalır, yeganə lokalitetində mənfi iqlimə və antropogen təsirlərə həssaslıq müşahidə olunur.
Antropogen amillər populyasiyanın azalmasını sürətləndirir.
Mühafizəsi üçün xüsusi tədbirlər görülmür. Yayılma yerlərində antropogen təsiri azaltmaq məqsədiilə heç bir tədbir görülmür. Ysaqlıqların təşkili, bərpasının təmin edilməsi, yeni yayılma yerlərinin axtarılması təklif olunur.