Belqrad Avtovağzalı

Belqrad Avtovağzalı (serb. Београдска аутобуска станица) — Serbiyada ən böyük sərnişin avtovağzal kompleksi. O cümlədən bir avtobus parkı və iki avtobus terminalına sahibdir. Belqrad dairəsinin Savski-Venac icmasında yerləşir.

Belqrad Avtovağzalı
Xəritə
44°48′36″ şm. e. 20°27′16″ ş. u.HGYO
Ölkə  Serbiya
Şəhər Belqrad
Tikilmə tarixi 3 mart 1966-ci il
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Stansiyanın təməlinin rəsmi tarixi 3 mart 1966-cı ildir. Bununla belə avtovağzal təkcə Yuqoslaviyaya deyil, həm də Cənub-Şərqi Avropanın digər ölkələrinə nəql olunan böyük Lasta avtobus şirkətinin ehtiyacları üçün qurulmuşdur. Stansiya binasının özü ilə yanaşı sərnişinləri doldurmaq və boşaltmaq üçün 40 platforma, platformaya giriş yolları, 40 bilet kassası, çağrı mərkəzi, ictimai iaşə mərkəzi, avtobuslar üçün 100 dayanacaq yeri, iki avtomobil yuyucusu sexi və yanacaqdoldurma məntəqəsi qurulur. Belqrad avtovağzalı nəqliyyat xidmətləri göstərir. Şəhərlərarası və beynəlxalq xətlər boyunca sərnişin daşıyır: Serbiyanın bütün əsas şəhərlərinə marşrutları mövcuddur. Maşrutlar bütün keçmiş Yuqoslaviya respublikalarının, Almaniya, Avstriya, Fransa, Hollandiya, Belçika, İsveçrə və digər 17 Avropa ölkələrini əhatə edir. Digər maşrutlar: Bolqarıstan, Yunanıstan, İtaliya, Macarıstan, Çexiya, Danimarka, İsveç və digərləri. Həmçinin müştərilərin xüsusi sifarişlərini də yerinə yetirir. Məsələn: ekskursiyalarla turistik səyahətlər, turlarının təşkili, idman komandalarınə idmançıların çatdırılması, kommersiya şirkətlərinin işçilərinin işgüzar görüşlərə və seminarlara daşınması. Avtovağzalın xidmətlərindən istifadə etmək üçün müştərilər burada yerləşən bilet kassalarında bilet və kağız kuponları almalıdırlar. Alınan biletlər avtobusa minərkən nəzarətçiyə təqdim olunur. Tez-tez oğurluq və fırıldaqçılıq hallarına görə stansiyanın ərazisi tamamilə hasarlanıb. İçəridə yalnız bileti olan müştərilərə girişə icazə verilir. Yaxınlarını yola salanlar hasarın kənarında qalmalıdır. Bununla əlaqədar hər bir sərnişin kuponla birlikdə biletə əlavə olaraq, giriş nöqtəsində sikkə qəbul edəninə endirilməli olan əlavə bir metal sikkə bənzəri alır.

Hər gün təxminən 700 avtobusla 10 mindən çox sərnişin daşıyır[1].