Belveder Qalası — Nyu-Yorkun Manhetten bölgəsinin Mərkəzi parkında Saray kompleksi.
Belveder qəsri | |
---|---|
Belvedere Castle | |
40°46′45″ şm. e. 73°58′08″ q. u.HGYO | |
Ölkə | |
Yerləşir | Manhetten |
Tikilmə tarixi | 1869 |
Üslubu | Viktorian stili |
Rəsmi sayt |
centralparknyc.org/visit… centralparktours.net/att… |
Vikianbarda əlaqəli mediafayllar |
1919-cu ildən burada Mərkəzi Parkın rəsmi meteoroloji stansiyası yerləşir.
Adı italyanca "gözəl mənzərə" mənasını verən "belvedere" sözündən gəlir.[1]
Qala Viktorian stili memarlığının nümunəsidir və Norman, Neoqotik və Neo-Mövri[2] arxitekturalarını birləşdirən XIX-cu əsrin məşhur Qərbi Avropa üslübunda 1869-cu ildə tikilmişdir. Memarı Volks Kalverdir.[2]
Əsas tikinti materialı yerli kristal şistlərdir. Şərq quruluşu 1871-ci ilə qədər tamamlandı. Onun qülləsi parkın ən hündür nöqtəsidir.[3]
1980-ci illərdə Qala yenidən bərpa edilmişdir.[4]
1983-cü il mayın 1-də Qalanın strukturu yenidən təmir olundu. Orijinal qüllə dəyişdirildi, pavilyonlar yenidən quruldu və qala ziyarətçi mərkəzinə çevrildi.[5]
Binanın altında indiyə qədər fəaliyyət göstərən tunel tikilib.
1995-ci ildə Henri Luce Təbiət Mərkəzi Qalanın bərpası üçün 340.000 dollar qrant ayrıldı. Bu bərpa işləri 1996-cı ildə başa çatdırılmışdır.[6]
Qala indi ziyarətçi mərkəzi kimi xidmət göstərir. Burada təşkil edilən pulsuz ailə və icma proqramlarına ailələr üçün müxtəlif proqramlar, o cümlədən ulduzlara baxış — Astronomiya və Təbiətşünaslıq tədbirləri daxildir.