Bu məqaləni vikiləşdirmək lazımdır. |
Ben İks (ing. Ben X) — 2007-ci ildə çəkilən, Belçika və Hollandiyanın istehsalı olan film.
Ben İks | |
---|---|
ing. Ben X | |
Janr | dram |
Əsas mövzu | intihar, Asperger sindromu |
Rejissor | Nik Baltazar |
Prodüserlər |
Peter Boukert Berni Bos Erni Privoost Mixiel de Rooy Səbinə Veenendaal |
Əsərin müəllifi | Nik Baltazar |
Ssenari müəllifi | Nik Baltazar |
Baş rollarda |
Qreq Timmermans Laura Verlinder Marike Pinoy |
Operator | Lu Berqmans |
Bəstəkar | Praga Khan |
İstehsalçılar |
Film Movement LLC Summit Entertainment Alliance Films |
İlk baxış tarixi |
26 sentyabr 2007 (Belçika) 8 noyabr 2007 (Niderland) |
Filmin növü | bədii film |
Müddət | 93 dəqiqə |
Büdcə | 1,5 milyon € |
Gəlir | 2,7 milyon $ |
Ölkələr |
Belçika Niderland |
Dillər |
flamand dialektləri niderland |
İl | 2007 |
Rəng | rəngli |
Çəkiliş yeri | Brügge |
IMDb | ID0953318 |
2007-ci il istehsalı olan filmin rejissoru Nik Baltazardır. Filmin ssenarisi elə rejissorun "Nothing Was All He Said" romanı əsasında ekranlaşdırılmışdır. Rejissor müsahibələrindən birində qeyd edib ki, romanı real hadisələrə əsaslanaraq yazıb. Mükafat sarıdan kasad olsa da, film çox uğurlu alınıb. Qeyd edim ki, bu rejissor kimi Nikin ilk və hələ ki uzun metrajlı film kimi tək işidir.
"Ben X" psixoloji yüklü çox ağır bir filmdir. Film Ben adlı autizm xəstəsi olan bir oğlanın başına gələnlərdən bəhs edir. O ətrafındakı həmyaşıdlarından çox seçilir. Həddindən çox özünə qapalı biridi. Elə bu da onu ətrafındakılardan fərqləndirir. Həyatının çox hissəsini "Ben X" niki ilə qeydiyyatda olduğu "ArchLord" adlı onlayn oyunu oynamaqla keçirir. Həyatında ona ən yaxın olan biri oyunda onunla birgə iştirak edən, realda heç vaxt görmədiyi Skarlet adlı bir qızdır. Ben həddən artıq bu oyuna qapılır. Hətta real həyatı da oyunun bir hissəsiymiş kimi təsəvvür edir. Artıq hər kəsdən bezib. Hər günü eyni səhərlə açdığı anasından, böyük qardaşlıq etməyə məcbur olduğu balaca qardaşından, heç vaxt ona lazımi anlarda nə məsləhət verəcəyini bilməyən atasından.
Ben "Archlord"da ən güclü, sayılıb seçilən oyunçulardan biridir. Lakin real həyatında heç də belə biri deyil. Belə olmağa özünü məcbur etsə də autizm xəstəsi olduğundan bu ona istədiyi kimi olmağa imkan vermir. Məktəbdə hər kəs ona lağ edir, onu ələ salır, heç kim dostluq etmir. Ən çox onu narahat edən isə məktəbin Desmet və Boqert adlı ən avara uşaqlarıdı. Hər dəfə ona qarşı sərt hərəkət etsələr də, iyrənc zarafatları ilə Beni bezdirsələr də Ben həmişə susur. O heç kimi dinləmir, heç kimlə danışmırdı. Artıq hər şeydən cana doymuşdu. Və o ölmək istəyirdi.
Valideynləri uşaqlıqdan onun digərlərindən fərqli biri olduğunu anlamışdılar. Buna görə də onu bir çox psixoloq, həkim yanına aparmışdılar. Ben əqli cəhətdən heç kimdən geri qalmırdı. Əksinə onun hər kəsdən üstün zəkası var idi. Amma özü ola bilmirdi. İstədiyi kimi biri olmaq?! Bunun üçün addım ata bilməyəcək qədər qorxaq, cəsarətsiz biri idi, "Ben X" kimi virtual dünyada çox güclü biri olsa da. Amma hər şey bir gün dəyişir. Skarletin onunla görüşmək istəməsindən sonra hər şey dəyişir.
Filmdə baş verən hadisələr o qədər də real həyatınızda gördüklərinizdən fərqlənmir. Hər yerdə "Ben" kimi insanlar var. Bəlkə elə siz də onlardan birisiniz və ya əksinə onun kimiləri qəbul etməyib uzaqlaşanlardan, yaxud Desmet və Boqert kimi belə insanları alçaldanlardan. Fərq etmir siz bu personajlardan hansına bənzəyirsiniz. Çünki bu filmdə hamının dərs götürə biləcəyi şeylər var.