Bencamin Horniqold (ing. Benjamin Hornigold; 1680, Norfolk qraflığı – 1719)[1] — XVIII əsrdə yaşamış ingilis piratı. Onun pirat fəaliyyəti 1715-ci ildən 1719-cu ilə qədər davam etmiş və sonradan pirat ovçusu olmuşdur. Horniqold Baham adaları qubernatorunun əmri ilə keçmiş silahdaşlarını təqib etməyə başlamışdır. Onun gəmisi 1719-cu ildə tropik musson zamanı rifə çırpılmış və hadisə nəticəsində həlak olmuşdur. O, Edvard Tiç (Qarasaqqal) ilə yaxından tanış idi.
Bencamin Horniqold | |
---|---|
Doğum tarixi | 1680 |
Doğum yeri | |
Vəfat tarixi | 1719 |