Benua Pulvord (fr. Benoît Poelvoorde 22 sentyabr 1964[1][2][…], Namür[3]) komediya aktyoru, yazıçı və ssenaristdir.
Benya Pulvord (Az) | |
---|---|
Benoît Poelvoorde | |
Doğum tarixi | |
Doğum yeri | Namur, Wallonia, Belçika |
Vətəndaşlığı | |
Fəaliyyəti | Aktyor |
Fəaliyyət illəri | 1987-ci ildən |
Mükafatları | |
IMDb | ID0688143 |
benoitpoelvoorde.be | |
Vikianbarda əlaqəli mediafayllar |
Anası satıcı, atası isə sürücü olan Puelvoorde atasını uşaq yaşlarında itirib. İbtidai təhsilini Godinne İsa Məsih adına ibtidai məktəbində almış, amma 17 yaşında təhsilini yarımçıq qoyaraq buradan ayrılmışdır. Təhsilini Félicien Rops Texniki İnstitutunda davam etdirmişdir. Burada o Rémy Belvaux ilə tanış olmuşdur. Ali təhsili müddətində teatra olan həvəsi və atipik tərcümə qabiliyyəti ilə seçilən aktyor həmçinin özündə fotoqraflıq, qrafik dizayn bacarıqlarını inkişaf etdirmişdir. Bu bacarıqlarını Brüsseldə "École de recherche graphique" şirkətində daha da təkmilləşdirən aktyor 1988-ci ildə ilk qısa metrajlı filmində çəkildi.
1992-ci ildə aktyor həmkarları Delvaux və Bonzel ilə birlikdə ilk tam metrajlı filmini təqdim etdi. Film tərcümədə "Insan iti dişlərir" (Man Bites Dog — C'est arrivé près de chez vous) adlanır. Bu film tələbələrin buraxılış işi olaraq hazırlanmasına baxmayaraq çox böyük maraqla qarşılandı və həmin il Belçika Film Kritikləri Assosiasiyasının André Cavens mükafatına layiq görüldü.[4] Karyerasını telekanalların film istehsalında davam etdirən aktyor 1990cı illərdə Canal±un sponsorluğu ilə çəkilən "Les Randonneurs", "Le Boulet", "Podium" kimi Fransız filmlərində rol aldı və bu onu Fransa və Belçikada daha da məşhurlaşdırdı.2001-ci ildən komediya sahəsində fəaliyyətini davam etdirən aktyor "Le Vélo de Ghislain Lambert" komediyasında baş rolu ifa etdi. Nəticədə 2002-ci ildə "Jean Garbin" mükafatına layiq görüldü. Bu uğuru onun kritiklər arasında rəğbətini artırdı. 2004-cü ildə Quentin Tarantinonun təklifi ilə Kann Festivalının jüri heyətində yer aldı. Aktyoru dünya səviyyəsində məşhurlaşdıran filmi isə "Astérix aux Jeux olympiques"(Asteriks Olimpiya oyunlarında) oldu. Bu filmdə yaratdığı həm özündən razı, həm bədbəxt şəxs obrazı onu daha da məşhurlaşdırdı. Amma bu aktyorun yalnız komediya sahəsində fəaliyyəti ilə nəticələnmədi. Növbəti ildə çəkilən "Coco" filmində canlandırdığı Balsan obrazı ilə aktyorluq məharətini bir daha ortaya qoyan aktyor bunun davamı olaraq bir çox komdiya və digər janrlarda olan filmlərdə çəkildi.
İl | Filmin adı | Rol | Filmin direktoru |
---|---|---|---|
1992 | C'est arrivé près de chez vous (İnsan iti dişləyir)[5] | Ben | Rémy Belvaux və André Bonzel |
1997 | Pour rire ("Just for Laughs") (Günahsız insan)[6] | Günahsız | Lucas Belvaux |
1997 | Les Randonneurs[7] | Éric | Philippe Harel |
1998 | Les convoyeurs attendent[8] | Roger (ata) | Benoît Mariage |
2001 | Le Vélo de Ghislain Lambert (Ghislain Lambertin velosipedi)[9] | Ghislain Lambert | Philippe Harel |
2002 | Le Boulet (Ölü yük)[10] | Francis Reggio | Alain Berberian |
2003 | Rire et Châtiment (Gülmək və ağlamaq)[11] | ilkin tibbi yardım mütəxəssisi | Isabelle Doval |
2004 | Podium (Podium)[12] | Bernard Frédéric | Yann Moix |
2004 | Atomik Circus, le retour de James Bataille (James Bataillenin qayıdışı)[13] | Allan Chiasse | Didier Poiraud və Thierry Poiraud |
2004 | Narco(Gustave Kloppun macəraları)[14] | Lenny Bar | Tristan Aurouet və Gilles Lellouche |
2005 | Akoibon[15] | Jean-Mi | Édouard Baer |
2005 | Entre ses mains[16] | Laurent Kessler | Anne Fontaine |
2006 | Jean-Philippe[17] | Bernard Frédéric (özü) | Laurent Tuel |
2006 | Selon Charlie (Charlie deyir)[18] | Joss | Nicole Garcia |
2008 | Asterix at the Olympic Games (Asterix olimpiya oyunlarında)[19] | Brutus | Thomas Langmann və Frédéric Forestier |
2008 | Louise Hires a Contract Killer (Luis Maykl)[20] | Mühəndis | Gustave Kervern və Benoît Delépine |
2009 | La Guerre des miss | Franck Chevrel | Patrice Leconte |
2009 | Coco avant Chanel (Koko Şaneldən öncə)[21] | Anne Fontaine | Étienne Balsan |
2009 | Bancs publics[22] | Müştəri | Bruno Podalydès |
2010 | L'Autre Dumas (Düma)[23] | Auguste Maquet | Safy Nebbou |
2010 | Mammuth[24] | rəqib | Benoît Delépine və Gustave Kervern |
2010 | Les Émotifs anonymes (Anonim romantika)[25] | Jean-René Van Den Hugde | Jean-Pierre Améris |
2010 | Kill Me Please (Zəhmət olmasa öldür məni)[26] | Monsieur Demanet | Olias Barco |
2011 | Rien à déclarer (Deməyə heç nə yoxdur)[27] | Ruben Vandevoorde | Dany Boon |
2011 | Mon pire cauchemar (Mənim ən qorxulu kabusum)[28] | Patrick | Anne Fontaine |
2012 | Le grand soir[29] | Benoît Savelli — "Not" | Gustave Kervern və Benoît Delépine |
2013 | Une histoire d'amour [30] | Bankir | Hélène Fillières |
2014 | Three Hearts (Üç ürək)[31] | Benoît Jacquot | |
2014 | La rançon de la gloire[32] | Eddi | Xavier Beauvois |