Benyamin Ağa

Benamin Ağa (kəraimcə:Беньямин Агъа)) – Krım kəraimlərinin liderlərindən biri. 1824-cü ildə vəfat etdiyi məlumdur. [1]

Həyatı[redaktə | mənbəni redaktə et]

O, Krım xanlığının sonuncu xanı Şahin Gərayın xəzinədarı olmuşdur və buna görə də, kəraim ədəbiyyatında “ha-Neeman” (“İnanılmış”) ləqəbi ilə anılmaqdadır. Onun atası olan Samuel Ağa da keçmiş Krım xanlarının xəzinədarı olmuşdur. Samuel 1770-ci ildə vəfat etmişdir.

Şahin Gəray ona qarşı üsyan qaldıranlardan qaçarkən öz himayədarı olan II Yekaterinaya sığınmaq üçün Peterburqa gedərkən Benjamin də onunla olmuşdur. Benjamin buna qədər Şahin Gəray üçün xeyli pul xərclədiyi üçün bu pulların geri qaytarılmasını təmin etmək istəyirdi.

1795-ci ildə Polşanın sonuncu dəfə bölüşdürülməsi zamanı Krım artıq 10 ildən çox idi ki, Rusiya hakimiyyəti altında idi. Bu bölünmədən Rusiya Vilnüs, Lutsk və Trakayı ələ keçirdi. Bunu fürsət bilən Benjamin Ağa, Salamon ben Nahamu Baboviç, benjaminin böyük qardaşı Yakob Ağanın kürəkəni astranom Kalealı İsaak Peterburqa II Yekaterina ilə görüşmək üçün yola çıxdı. Nümayəndəliyin məqsədi imperiya boyunca yəhudilərə tədbiq edilən iki qat vergiləndirmənin kəraimlərə aid edilməməsini xahiş etmək idi. Knyaz Nikolay Zubovun yardımı ilə, imperatriça onların bu tələbini qəbul etdi, həmçinin onların tələbləri içərisində olmayan imtiyazlar da verdi. Bunlara misal olaraq topaq paylarını göstərmək olar. Bu imtiyazlar kəraimlərin tamamilə antiyəhudi qanunvericilikdən kənarda tutulmaları üçün önəmli present formalaşdırdı. Bu nümayəndəliyin qeyri-ad uğuru Krım kəraimləri arasında böyük sevinclə qarşılandı. Onların geri dönüşü böyük coşqu ilə qarşılandı, Yevpatoriyadakı kenesa önündə Rusiay imperiyası kəraimlərinin həya oltında önəmli olan hadisənin şərəfinə mərmərdən monolit abidə qoydular. Krım kəraimlərinin Rusiya imperiyasından imtiyazlar alınması Benyamindən sonra da davam etmiş və bu Salamon Baboviçin dövründə kəraimlərin ayrı dini icma və sonda – 1840-cı ildə ayrı dini qurum statusu alması ilə nəticələnmişdir.

Bu nümayəndəliyin uğurları barədə nümayəndəliyin üzvü olmuş Kalealı İsaak özünün “Or ha-Lebanah” adlı əsərində yazmışdır.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  • Isaac of Kalea, ha-Lebanah, Zhytomir, 1882.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Arxivlənmiş surət". 2021-08-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-15.