Kəraimlər (kəraimcə. krım dialektində: tək. къарай, cəm. къарайлар; trakay dialektində: tək. karaj, cəm. karajlar; ivr. קָרָאִים — "kəraim", hərfən oxuyanlar) — Belarus, Litva, Krım, Qərbi Ukrayna, Polşa, ABŞ, Rusiya, Dağıstan, Türkiyə, İsrail və Rumıniyada yaşayan Yəhudi Krım Türk xalqı.
Krım Kəraimləri, 19-cu əsrdə ənənəvi geyimli Kəraim kişiləri | ||||||||||||||||||
Ümumi sayı | ||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
2,500 | ||||||||||||||||||
Yaşadığı ərazilər | ||||||||||||||||||
| ||||||||||||||||||
Dili | ||||||||||||||||||
Dini | ||||||||||||||||||
Mənşəyi | ||||||||||||||||||
Qıpçaq | ||||||||||||||||||
Qohum xalqlar | ||||||||||||||||||
Kəraim xalqının və dininin adı "Bibliyanı oxumaq, öyrənmək, şöhrətləndirmək, onun davamçısı olmaq" mənasını daşıyan ərəb və qədim yəhudi sözü "kara"-dan gəlir. "Karaim" ifadəsi etnik, dil, və dini mənsubiyyəti göstərmək üçün işlənilir. Litva karaimləri nəzərdə tutulduqda bu iki ifadə üst-üstə düşür. Bu, xəzər və qıpçaq tayfalarından törənmiş türk qrupuna aid olan xalqdır. O, VIII-X əsrlərdə qüdrətli Xəzər dövlətinin tabeliyində olmuşdur.
Krım Xanlığının paytaxtı Solxat (indiki Starıy Krım) və Kafedə (indiki Feodosiya) Karaim icması XIII əsrdə mövcud idi.
XV əsrin əvvəllərində Kəraimlər alman səyyahı İoqann Şiltberqer tərəfindən Feodosiyanın təsvirində qeyd olunub. Xarkavinin fikrincə, kəraimlər Krımda şərqi yəhudilərlə, talmudistlərlə birlikdə XIII əsrdə məskunlaşıblar.
Krım kəraimlərinin əsas mərkəzi Çufutqala idi. XIX əsrdə Çufutqala əhalisi demək olar ki, yalnız kəraimlərdən ibarət olmuşdur.
Karaim ənənəsinə görə, Litva şahzadəsi Vitovt, 383 Karaite ailəsini Krımdan Trakaya, 1218/1392/1397-ci illərdə Krım yürüşündən sonra Lutsk və Qaliçə köçürdü. Oradan da Litva, Volın və Podolyenin digər şəhərlərində məskunlaşdılar.
Kəraimlər orta əsrlərdən bəri Litvanın bəzi yerlərində qarışıq əhalisi olan yaşayış məntəqələrində (xristianlar, yəhudilər, tatarlar) kompakt şəkildə yaşayırlar. Müasir Litvada 250-dən az kəraim üç mütəşəkkil icmada yaşayır: Vilnüs (təxminən 150 nəfər), Trakay (50 nəfərdən az), Panevejis (30 nəfərdən az). Vilnüs və Trakayda aktiv kenassa kəraimləri(Panevejisdəki kenassa sovet dövründə söküldü) var. Vilnüsdə fəaliyyət göstərən kəraim qəbiristanlığı (iki hissəyə bölünmüş ümumi bir tatar-kəraim qəbiristanlığı) mövcuddur. Trakayda Kəraim Dövlət Etnoqrafiya Muzeyi fəaliyyət göstərir. Zaman zaman kəraim mövzusunda litva dilində kitablar və ya paralel şəkildə mətnlər litva və kəraim dillərində (latın qrafikası ilə) nəşr olunur. Tam kəraim dilində karaim namaz kitabları nəşr olunub. Litva müasir kəraim cəmiyyəti mədəni və ictimai işlərdə fəal iştirak edir.
2011-ci siyahıya alınmasına görə, müasir Polşada 346 kəraim yaşayır. Varşavada, Krakovda, Vroslavda və Qdanskda kəraim qrupları mövcuddur. Bir neçə kəraim təşkilatı vardır. Əsas təşkilat isə Polşa Kəraimlər Birliyi adlanır. Varşavada ayrıca bir kəraim qəbiristanlığı qorunur. Polşanın müasir kəraimləri özlərini etnik birlik kimi qəbul edir və əksər hallarda öz dini müqəddəratlarını itiriblər. Polşanın Kəraim Dini Birliyi rəsmi olaraq mövcud olsa da, aktiv dini icmaları yoxdur. Son illərdə kəraimli olan gənclərin öz tarixlərinə və mədəniyyətlərinə olan marağı əhəmiyyətli dərəcədə artmışdır.
İl | Kəraimlərin sayları dünyada, nəf. |
---|---|
1897 | 12 894 |
1913 | 13 600 |
1926 | 8 300 |
1959 | 5 700 |
1979 | 3 341 |
1989 | 2 803 |
2002 | 1 890 |