Beovulf

"Beovulf" (qəd. ing. Beowulf — hərfi tərcümədə "arı canavarı", yəni "ayı") — eramızın təxminən VIII–XI əsrlərinə aid olan qədim ingilis dilində yazılmış Anqlosaks qəhrəmanlıq dastanıdır. 3182 sətirlik bu dastan qədim ingilis dilində yazılmış ən böyük poemadır və anqlosaks ədəbiyyatına aid nümunələrin 10%-ni təşkil edir. Əlyazması Britaniya Muzeyində saxlanılır.

Beovulf
Yazılma tarixi bilinmir
Orijinalın dili Köhnə ingilis dili
Janr epos
Orijinalı bilinmir
Elektron versiya
"Beovulf" dastanının azərbaycanca tərcüməsi

Dastanda Qeotlar qəbiləsinin qəhrəmanı Beovulf öz dəstəsi ilə Danların kralı Xrodqara kömək uçün onların torpaqlarına yola düşür. Hadisələr Skandinaviyada, indiki Danimarkaİsveç torpaqlarında baş verir. Dastanda Beovulfun nəhəng Qrendel, onun anası və əjdaha ilə mübarizəsi təsvir olunur. Son vuruşmada Beovulf ölümcül yaralanır.

Məşhur ingilis yazıçısı Con Ronald Ruel Tolkien bu dastanı tədqiq etmişdir.

2021-ci ilin fevralında Bakının "Elm və təhsil" nəşriyyatında anqlosakson dastanı "Beovulf"[1]1 Azərbaycan dilində çapdan çıxmışdır.[2] Poemanı qədim ingilis dilindən Rusiyada yaşayan şair və tərcüməçi Xeyrulla Xəyal 2018-ci ildə tərcümə etmişdir.

Poema onbirhecalı (6+5) ölçü ilə tərcümə edilmiş, orijinaldakı misralarn ümumi sayı (3182) saxlanılmışdır. Mümkün olduqca, tərcüməçi alliterativlik prinsipinə əməl etməyə çalışmışdır.

Qeyr etmək lazımdır ki, qədim ingilis eposunun bütünlüklə alliterativ şeirlə qoşulduğu və yazıya alındığı barədə indi hətta mütəxəssislər tərəfindən də təsdiqlənən iddia yalnız qismən doğrudur. Alliterativlik eposun ayrı-ayrı fraqmentlərində aydın görünsə də, bu element bütün poema üçün səciyyəvi deyil.

Poemanın finalından:

Xaraba saxlancdan çıxan nə varsa 3163

Toplayıb quryanda dəfn elədiər.

Qumlu torpaq aldı qəhrəmanların

İrsini, qızıllar yəqin indi də

Ordadır, onlardan qabaqkı kimi

Xeyir yox bir kəsə; on iki atlı 3168

Çapdı ətrafında təzə təpənin,

Əyan oğulları, cəsur igidlər,

Beləcə krala yas tutub onlar,

Onun həyatından danışırdılar,

Sayaraq möhtəşəm əməllərini, 3173

Tükənməz ehtiram ifadəsiylə.

Bu, qədim adətdir, əgər bir insan

Sayğılı olubsa rəhbərə sağkən,

Yola sala gərək sayğılı sözlə

Onu son mənzilə. Geat xalqı da 3178

Ötürdü rəhbəri belə şərəfli.

Dedilər layiqdi ən böyük ada,

Bütün krallardan ən əliaçıq,

Xalqına ən yaxşı qayğı göstərən. 3182[1]

Nəşrin redaktoru və ön sözün müəllifi filologiya elmləri doktoru professor Həbib Zərbəliyevdir.2[3]

  1. 1 2 Beovulf. Anqlo-sakson dastanı; Elm və tədris — 2021, 144s.
  2. "Arxivlənmiş surət". 2022-01-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-22.
  3. Həbib Zərbəliyev