Göyümtül zirinc (lat. Berberis candidula) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin zirinckimilər fəsiləsinin zirinc cinsinə aid bitki növü.
Göyümtül zirinc | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Cins: Növ: Göyümtül zirinc |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
||||||||
|
Qərbi Çində yayılmışdır.
Hündürlüyü 0,8-1,2 m-dir, çətri yarımyumrudur, eni 2 dəfə çoxdur, tez böyüyən, həmişəyaşıl koldur. Çoxsaylı zoğları vardır. Qabığı sarı-ağ, biraz yarıqlıdır, iynələrinin uzunluğu 2 sm-ə qədərdir. Yarpaqları növbəli, ellipsvaridir, uzunluğu 2-3 sm-dir, kənarları burulmuş, tərs-yumurtavarı, xırda dişlidir, üstdən parlaq tünd-yaşıl, alt tərəfdən ağ rənglidir. Zəngvari çiçəkləri çoxsaylı, xoş qoxulu,salxımvarı çiçək qruplarına yığılmışdır. Yazda və yayda parlaq yaşıl, payızda qızılı-qırmızı, sarı rəngli çiçəkləri olur. Qırmızı, parlaq, uzunsov meyvələri, payızın əvvəlində yetişir, uzun müddət tökülmür.
Parlaq yaz günəşinə görə yarımkölgəyə üstünlük verir. Torpaqların bütün tiplərinə dözür, quru və nəmişli, zəif turş və qələvi torpaqlarda yaxşı inkişaf edir. Soyuğa, quraqlıq dövrlərə, şəhər şəraitinə, küləyə davamlıdır.
Son dövrlərdə Bakı şəhərində yaşıllıqlarda rast gəlinir.
Yavaş boy artımına və dekorativ görünüşünə görə bu növ alpinarilərdə, bağlarda istifadə edilə bilər. Alçaq canlı çəpərlər üçün yararlıdır, yeməlidir.