Berberis integerrima

Tamkənarlı zirinc (lat. Berberis integerrima) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin zirinckimilər fəsiləsinin zirinc cinsinə aid bitki növü.

Tamkənarlı zirinc
Elmi təsnifat
Beynəlxalq elmi adı

Təbii yayılması

[redaktə | mənbəni redaktə et]

Qafqazda və Türkiyədə yayılıb.

Botaniki təsviri

[redaktə | mənbəni redaktə et]

Hündürlüyü 4 m-ə çatan çoxşaxəli koldur. Qopartikanları alt budaqlarda sadədir. Cavan budaqlarının qabığı sarımtıl rənglidir. Yarpaqları tərd-yumurtavari və ya uzunsovdur, saplağa tərəf daralandır, üst hissədəkilər tamkənarlı, aşağıdakılar yuxarı yönəlmiş tikanlı-dişlidir. Çiçəkləri çoxçiçəkli sıx salxımlarda yerləşir. Giləmeyvələri yumurtavari, girdədir, bəzən bir qədər uzunsov olur, uzunluğu 5-6 mm-dir, təqribən çiçək saplağına bərabərdir, turşdur. Aprel-may aylarında çiçəkləyir. Meyvəsi sentyabr ayında yetişir.

Quru iqlimdə,yuyulmuş kasıb torpaqlarda bitir. Torpaq eroziyasına qarşı mübarizədə çox əhəmiyyətli bitkidir.

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

Böyük və Kiçik Qafqazda, Abşeronda, Naxçıvan MR-nın dağlıq hissələrində və Talış dağlarında yayılmışdır.

Yaşıllaşdırmada istifadə edilir. Giləmeyvələrindən mürəbbə, jele, şirələr, siroplar (şərbətlər) hazırlanır və turş ədviyyat kimi istifadə edilir.