Berdyan dili

Berdyan dili (ukr. Бердянська коса) — Azov dənizinin şimalında yerləşən dil. Dil Berdyan körfəzini dənizdən ayırır. Dildə 70 sağlamlıq mərkəzi mövcuddur: 8sanatoriya, 17 uşaq və idman sağlamlıq mərkəzi, 45 istirahət bazası, pasionat (hansı ki 15 min insanı qəbul edə bilər)

Berdyan dili
ukr. Бердянська коса
Yerləşməsi
46°39′00″ şm. e. 36°47′00″ ş. u.
Ölkə  Ukrayna
Berdyan dili xəritədə
Berdyan dili
Berdyan dili
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Coğrafiya[redaktə | mənbəni redaktə et]

Dil öz formalaşmasına görə Verda çayına borcludur. Dilin uzunluğu 18 km, eni isə 40 metrdəm 2 km arasında dəyişir. Dilin sahəsi 7 km² təşkil edir.

Tarix[redaktə | mənbəni redaktə et]

Dilin mövcudluğu haqqında məlumatlar b. e. ə V əsrə aiddir. Dil yerləşdiyi bölgə Strabon, Böyük Plini və Heredotun xəritələrində təsvir olunmuşdur. Qədim zamanlarda Aqar burnu olaraq adlandırılmışdır.

1783-cü ildə Krım xanlığının Rusiyaya birləşdirilməsindən sonra ərazidə 1827-ci ildə Berdyan şəhəri salınmımdır.

Nəqliyyat[redaktə | mənbəni redaktə et]

Dil boyu sərt örtüklü avtomobil yolu mövcuddur. 2007-ci ildən dil üzərində yerləşən yol pullu olmuşdur. Gediş haqqı 3 qrn ($0.6) təşkil edir. 2008-ci ildən isə gediş 5 qrn ($1) olmuşdur.

Mənbə[redaktə | mənbəni redaktə et]