Berlin hücumu (2016)

Berlin hücumu (alm. Mutmaßlicher Terroranschlag auf den Weihnachtsmarkt am Berliner Breitscheidplatz‎) — 2016-cı ilin 19 dekabr tarixində yerli vaxtla saat 20:00-da Almaniyanın paytaxtı Berlin şəhərində yük maşını ilə gercəkləşdirilmiş terror hücumu. Hadisə yük avtomobilinin Milad bayramı münasibəti ilə təşkil olunmuş bayram yarmarkasında iştirak edən dinc insanların üzərinə sürülməklə törədilmişdir. Berlin polisinin ilkin məlumatına əsasən hadisə nəticəsində 10 nəfər həlak olub, 50-dən çox şəxs[2][3] isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Həlak olanlardan biri yük avtomobilinin sürücüsüdür.

Berlin hücumu (2016)
Hadisə Kayzer Vilhelm Kilsəsinin yaxınlığında gercəkləşdirilmişdir.
Hadisə Kayzer Vilhelm Kilsəsinin yaxınlığında gercəkləşdirilmişdir.
Hücum yeri Berlin, Almaniya Almaniya
52°30′18″ şm. e. 13°20′11″ ş. u.
Hücum hədəfi Yeni il yarmarkasını ziyarət edən dinc sakinlər
Vaxt 19 dekabr, 2016
(20:00)
Hücum üsulu Yük maşınının insanların üzərinə sürülməsi
Həlak olanlar 12[1]
Yaralılar 48[1]
Şübhəlilər İŞİD
Commonsda kateqoriyası

Arxa plan[redaktə | mənbəni redaktə et]

Alman polisi baş vermiş hadisənin nəqliyyat qəzasından daha çox terror aktı olma ehtimalının üzərində dayanır.[4] Hadisə şahidlərinin sözlərinə əsasən yük avtomobili yarmarkaya daxil olduqdan sonra 60-80 metr məsafədə qarşısına çıxan bütün maneələri dağıtmışdır.[5] Polis yaydığı məlumatda Budapeşt küçəsi istiqamətindən gələn yük avtomobilinin, yalnız Kayzer Vilhelm Kilsəsinin yaxınlığına çatanda dayandırıldığını bildirib.[6] Şahidlərin sözlərinə görə bir nəfər şübhəli Berlin Zooloji Parkına doğru qaçarkən görülüb. Sürücü olduğu ehtimal olunan şəxslərdən biri polis tərəfindən saxlanılıb.[7][8] Polis yük maşının içərisində olan ikinci bir şəxsin hadisədən sonra ölmüş vəziyyətdə aşkar edildiyini də bildirmişdir.[9]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 Kate Connolly, Philip Oltermann, Kevin Rawlinson & Fran Lawther. "Berlin: suspect held and 12 dead after truck crashes into market". The Guardian. 19 December 2016. 19 December 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 December 2016.
  2. "Truck plows into crowd at Berlin Christmas market one dead". Reuters. 20 December 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 December 2016.
  3. "Berlin police: Truck runs through Christmas market - CNN.com". CNN. 12 April 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 December 2016.
  4. "BNO News on Twitter: "BREAKING: German police believe truck crash at Christmas market in Berlin is a terror attack - dpa"". Twitter. 2010-09-10. 2019-10-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-12-19.
  5. "Polizei: Neun Tote bei Anschlag auf Berliner Weihnachtsmarkt". Deutsche Wirtschafts Nachrichten. December 19, 2016. December 21, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 19, 2016.
  6. Rawlinson, Kevin; Lawther, Kate Connolly Fran. "Berlin: at least nine dead after truck crashes into Christmas market". The Guardian (ingilis). 2016-12-19. ISSN 0261-3077. 2016-12-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-12-19.
  7. "BNO News on Twitter". 8 March 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 December 2016.
  8. "Suspected driver of lorry that ploughed into Berlin Christmas market arrested". 19 December 2016. 27 October 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 December 2016.
  9. "Lkw rast auf Weihnachtsmarkt - Polizei vermutet Anschlag". Berliner Morgenpost. 2023-07-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-12-19.