Bern Coğrafiya Cəmiyyəti

Bern Coğrafiya Cəmiyyəti (alm. Geographische Gesellschaft Bern‎) — İsveçrə Konfederasiyasının coğrafi sahədə fəaliyyət göstərən ictimai təşkilatlarından biri. Mərkəzi ofisi Bern şəhərində yerləşir. Prezidenti Elizabet Bəşlindir[1].

Bern Coğrafiya Cəmiyyəti
alm. Geographische Gesellschaft Bern
Növü ictimai təşkilat
Yaranma tarixi 15 may 1873
Rəsmi dili alman
Mərkəzi İsveçrə İsveçrə
geographiebern.ch
Albert Şaffter

Cəmiyyətin əsası 15 may 1873-cü ildə İsveçrənin Bern şəhərində qoyulmuşdur. Təşəbbüskarı və qurucu prezidenti professor Albert Şaffter olmuşdur[2][3].

Assosiasiya müntəzəm olaraq mühazirələr, müzakirələr, ekskursiyalar və səyahətlər həyata keçirir. Səyahətləri İsveçrədə 1-4 gün müddətində, xaricdə is 1-2 həftə müddətində olan coğrafi ekskursiyalardan ibarətdir.

Üzvlər üçün öz nəşrləri çap olunur.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]