Bernard Kamunqo (1 yanvar 2002, Kasulu, Tanzaniya) — Amerika Birinci Liqası təmsilçilərindən olan "Nort Texas" klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Tanzaniya futbolçusu.[1]
Bernard Kamunqo | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Ümumi məlumatlar | ||||||||||
Doğum tarixi | ||||||||||
Doğum yeri | Kasulu, Tanzaniya | |||||||||
Vətəndaşlığı | ||||||||||
Boyu | 175 | |||||||||
Mövqeyi | Yarımmüdafiəçi | |||||||||
Klub haqqında məlumat | ||||||||||
Klub | Nort Texas | |||||||||
Nömrəsi | 7 | |||||||||
Karyerası | ||||||||||
|
||||||||||
|
||||||||||
Vikianbarda əlaqəli mediafayllar |
Kamunqo Tanzaniyanın Kasulu şəhərində anadan olmuşdur. O, ailəsi birlikdə ABŞ-yə köçmüş və bir müddət qaçqın düşərgəsində yaşamışdır. Daha sonra Texas ştatının Abilin şəhərinə köçmüşdür.[2] ABŞ-yə köçdükdən sonra Kamunqo Abilin orta məktəbinin futbol komandasına yazılmışdır.[2] Orta məktəbi bitirdikdən sonra Kamunqo qardaşı İmani ilə birlikdə potensialını artırmaq üçün onlayn axtarışlara başlamışdır.[3] İştirak haqqı 500 dollar olan yoxlanışdan sonra İmani sadəcə 90 dollara tapdığı MLS təmsilçisi Dallas klubunun ehtiyat komandası olan "Nort Texas" klubuna yoxlanışa çağırılmışdır.[2]
2021-ci ilin yanvar ayı boyunca yoxlanışda olan Kamunqo öz oyunçu bacarıqları ilə "Nort Texas" klubunun baş məqşçisi Erik Killi heyran etmiş və 25 mart 2021-ci ildə oyunçu ilə peşəkar müqavilə imzalanmışdır.[4] Kamunqo öz peşəkar karyerasında debütünü 24 aprel 2021-ci ildə Fort Loderdeyl klubuna qarşı oyunda etmişdir. O, 71-ci dəqiqədə Hope Avayevunu əvəz etmişdir. Meydana çıxdıqdan səkkiz dəqiqə sonra Kamunqo peşəkar karyerasında ilk qoluna imza atmışdır. Amerika Birinci Liqası görüşündə Nort Texas rəqibinə 4-2 hesabı ilə qalib gəlmişdir.[5]
Klub | Mövsüm | Liqa | Ölkə Kuboku | Kontinental1 | Digər2 | Ümumi | ||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Diviziya | Oyun | Qol | Oyun | Qol | Oyun | Qol | Oyun | Qol | Oyun | Qol | ||
Nort Texas | 2021 | Amerika Birinci Liqası | 5 | 1 | 0 | 0 | 0 | 0 | 0 | 0 | 5 | 1 |
Ümumi karyera | 5 | 1 | 0 | 0 | 0 | 0 | 0 | 0 | 5 | 1 |
1KONKAKAF Çempionlat Liqası görüşləri daxildir.
2ABŞ Superkuboku görüşləri daxildir.