Bernard Xarms mükafatı

Bernard Harms mükafatı və medalı (alm. Bernhard-Harms-Preis und Medaille‎) — beynəlxalq iqtisadi mükafatlar.

Bernard Xarms mükafatı
Statistika
Təsis tarixi 1964

Mükafat hər 2 ildən bir Kiel Dünya İqtisadiyyatı İnstitutu (Almaniya) tərəfindən beynəlxalq iqtisadiyyat nəzəriyyəsinin inkişafına və dünya iqtisadi əlaqələrinin təkmilləşdirilməsinə mühüm töhfə vermiş alimlərə verilir. Mükafat ilk dəfə 1964-cü ildə institutun yaradılmasının 50 illiyi münasibətilə verilib. Mükafatın məbləği 25.000 € təşkil edir.

Medal qeyri-müntəzəm olaraq institutun yaradıcısı Bernard Harmsın ənənəsinə uyğun olaraq institutun tədqiqat işinə töhfə vermiş iqtisadçılara verilir.

İstinadlar[redaktə | mənbəni redaktə et]