Bernd Aleksandr Bayerl (1971) — Avstriyalı diplomat. Avstriyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri (2018—2022)[2][3].
Bernd Aleksandr Bayerl | |
---|---|
Mag. Alexander BAYERL | |
5 dekabr 2018 – 25 iyun 2022 | |
Sonrakı | Tomas Şuller-Qötzburq?![1] |
25 yanvar 2016 – 2018 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1971 |
Təhsili | |
Fəaliyyəti | diplomat |
Bernd Aleksandr Bayerl 1971 Avstriyanın Ştayermark əyalətinin Leoben[rus.] şəhərində doğulmuşdur və burada da gimnaziyaya getmişdir. 1989–1993-cü illərdə Qrats Universitetində tarix üzrə təhsil almışdır. 1993–1994-cü illərdə isə Şotlandiyada Edinburq Universitetində təhsilini davam etdirir. 1995–1997-ci illərdə Vyana Universitetində tarix, incəsənət tarixi, fəlsəfə sahələri üzrə təhsil alır. 1997–1998 Boloniyada yerləşən Cons Hopkins Universitetində beynəlxalq münasibətlər üzrə təhsilini davam etdirir. 1998–1999 Brüggedə, Avropa Kollecində avropaşünaslıq üzrə magistr təhsili alır.
1999-cu ildə Avropa Kollecində assistent/mühazirəçi kimi çalışır. Elə həmin ildən Avstriya Xarici İşlər Nazirliyində diplomatik xidmətə qəbul olunur. 1999–2001 Vyana, Qərbi- və Şimali Avropa bölməsinin rəhbəri kimi çalışır. 2001–2002-ci illərdə Brüssel şəhərində Avstriyanın Avropa İttifaqındakı Daimi Nümayəndəliyində çalışmış, eləcə də Məğrib, Məşriq ölkələri, Aralıq Dənizi Birliyi və Türkiyə genişlənmə bölməsinin rəhbəri kimi də fəaliyyət göstərir. 2002–2003-cü illərdə də Vyana, Qərbi- və Şimali Avropa bölməsinin rəhbəri kimi çalışır. 2004–2007-ci illərdə Kosovonun Priştina şəhərində Avstriya Bürosunun rəhbəri kimi çalışır. 2007–2011-ci illərdə Kiyev şəhərində səfir müavini və Avstriya Mədəniyyət Mərkəzinin direktoru vəzifələrində işləyir. 2011–2013-cü illərdə ATƏT-in Demokratik İnstitutlar və İnsan Haqları Bürosu, ATƏT üçüncü (insan) meyarı və Avropa Şurası bölməsində rəhbər vəzifəsində çalışır. 2013–2016 Belarusiyanın Minsk şəhərində Avstriya Bürosunun rəhbəri kimi işləyir.
2016–2018-ci illərdə Avstriyanın Belarusdakı fövqəladə və səlahiyyətli səfiri olub[4].
2018-2022-ci illərdə Avstriyanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli olub[5][6][7].
Şəxs və ya bioqrafiya ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |