Bet-Nəhrin Qadın Müdafiə Qüvvələri (klass. süry. ܚܝܠܘ̈ܬܐ ܕܣܘܬܪܐ ܕܢܫ̈ܐ ܕܒܝܬ ܢܗܪܝܢ) — Suriyanın Əl-Həsəkə mühafəzəsinin Əl-Kəhtaniyyə şəhərində yerləşən tamamilə qadınlardan ibarət aysor hərbi və polis təşkilatı.
Bet-Nəhrin Qadın Müdafiə Qüvvələri |
---|
Bet-Nəhrin Qadın Müdafiə Qüvvələri Süryani Hərbi Şurasının qadın briqadası kimi təsis edilmiş və aysorların məskunlaşdığı ərazilərdə mühafizəçi rolunu yerinə yetirir. Bet-Nəhrin Qadın Müdafiə Qüvvələrinə hərbi və polis qüvvələri daxildir. Bet-Nəhrin Qadın Müdafiə Qüvvələrinin polis bölməsinin Cəzirə regionunda, eləcə də hərbi bölmə, akademiyalar və hərbi məntəqələr üçün ofisləri var.
Bet-Nəhrin Qadın Müdafiə Qüvvələri Türkiyənin Midyat şəhərində 1980-ci illərə qədər uzanan dünyəvi solçu aysor milliyyətçi hərəkatı olan davronoye ideologiyasını izləyir.[1]
Bet-Nəhrin Qadın Müdafiə Qüvvələri Suriyada aysor qadınların bərabər hüquqlarını təmin etmək və bölgədəki din xadimlərinin qadınlara və feminizm ideallarına qoyduğu məhdudiyyətlərə qarşı çıxmaq üçün yaradılmışdır.[2]