İriçiçəkli mərcanotu (lat. Betonica macrantha) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin mərcanotu cinsinə aid bitki növü.
İriçiçəkli mərcanotu | ||||||
---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Cins: Növ: İriçiçəkli mərcanotu |
||||||
Beynəlxalq elmi adı | ||||||
|
Çoxillik bitkidir. Gövdəsi düz və ya yüksələn, yumşaq uzun aşağı yönəlmiş tükcüklü, (10) 20-50 (75) sm hündürlükdədir. Yarpaqları yumurtavari və uzunsov-yumurtavari, küt, qaidəsində ürəkvari, kənarları küt iri mişarvari və ya iri kütdişli, üst hissəsində seyrək, aşağı hissəsində sıx uzun tüklü; gövdəətrafı yarpaqlar uzun saplaqlı, yuxarı yarpaqlar oturaqdır. Çiçək köbəsi çox çiçəklidir. Tac olduqca iri, 3,5 mm-ə qədər uzunluqda, çəhrayı və ya fırfır, nadir hallarda ağ rənglidir.
BQ qərbi, BQ şərqi, BQ Quba sahəsinin rayonlarında yuxarı meşə, subalp və alp qurşağında yayılmışdır. Çəmənlərdə bitir.