Betula litwinowii

Litvinov tozağacı (lat. Betula litwinowii) — bitkilər aləminin fıstıqçiçəklilər dəstəsinin tozağacıkimilər fəsiləsinin tozağacı cinsinə aid bitki növü.

Litvinov tozağacı
Elmi təsnifat
Beynəlxalq elmi adı

Qısa morfoloji təsviri

[redaktə | mənbəni redaktə et]

Hündürlüyü 10–15 m-ə qədər olan kiçik aqacdır.Aşağı hissədə ağ rəngli çatlaq qabığı vardır.Cavan budaqları xırda yumşaq tüklüdür, vəzili ziyilciklidir. Yarpaqları yumurtaşəkilli və yaxud yumurtaşəkilli-rombvaridir, yarpağın qaidə hissəsi enli pazşəkilli və yaxud dairəvidir, təpə hissəsində üçkünc formada daralmışdır, kənarları iri birqat və yaxud ikiqat mişarvaridir, alt tərəfdən damarların küncündə saqqalcıqları yerləşmişdir. Saplaq 2,5-4 dəfə yarpaq ayasından qısadır. Bar verən salxımlar silindrşəkilli olub,uzunluğu 2,5-3,5 sm, eni 7–9 mm-dir. Meyvə verən çiçəklərin pulcuqları meyvə verən zaman üçbölümlü, qaidəsinə yaxın hissəsi isə pazşəkillidir. Fındıqca meyvələri əksinəyumurtaşəkilli-uzunsov və yaxud uzunsov-ellipsvaridir, fındıqcameyvənin qanadlarının eni fındığın ölçüsunə bərabərdir, nadir hallarda 1,5 dəfə enlidir. May-iyun aylarında çiçəkləyir, iyul-avqust aylarında meyvə verir.

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

BQ (Quba), BQ şərq, KQ şimal, KQ mərkəz

Yaşayış mühiti

[redaktə | mənbəni redaktə et]

Meşənin yuxarı kənarlarında rast gəlinir. Xarakterik subalp tozağacı meşəliyiəmələ gətirir və (B. pendula) tozaqacılığı tərkibinə keçir.

Təsərrüfat əhəmiyyəti

[redaktə | mənbəni redaktə et]

Qabığı yun sapların boyanması üçün qırmızımtıl-sarı, yarpağı isə bozumtul-yaşıl və ya yaşılımtıl-göy rəng verir.

  • Betula caucasica Litv. ex Leskov [Invalid]
    • Betula litwinowii var. recurvata I.V.Vassil.
  • Betula recurvata (I.V.Vassil.) V.N.Vassil.
  • Betula transcaucasica V.N.Vassil.[1]
  1. Litvinov tozağacı:''The Plant List saytında takson barədə məlumat. (ing.)