Litvinov tozağacı (lat. Betula litwinowii) — bitkilər aləminin fıstıqçiçəklilər dəstəsinin tozağacıkimilər fəsiləsinin tozağacı cinsinə aid bitki növü.
Litvinov tozağacı | ||||||
---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Cins: Növ: Litvinov tozağacı |
||||||
Beynəlxalq elmi adı | ||||||
|
Hündürlüyü 10–15 m-ə qədər olan kiçik aqacdır.Aşağı hissədə ağ rəngli çatlaq qabığı vardır.Cavan budaqları xırda yumşaq tüklüdür, vəzili ziyilciklidir. Yarpaqları yumurtaşəkilli və yaxud yumurtaşəkilli-rombvaridir, yarpağın qaidə hissəsi enli pazşəkilli və yaxud dairəvidir, təpə hissəsində üçkünc formada daralmışdır, kənarları iri birqat və yaxud ikiqat mişarvaridir, alt tərəfdən damarların küncündə saqqalcıqları yerləşmişdir. Saplaq 2,5-4 dəfə yarpaq ayasından qısadır. Bar verən salxımlar silindrşəkilli olub,uzunluğu 2,5-3,5 sm, eni 7–9 mm-dir. Meyvə verən çiçəklərin pulcuqları meyvə verən zaman üçbölümlü, qaidəsinə yaxın hissəsi isə pazşəkillidir. Fındıqca meyvələri əksinəyumurtaşəkilli-uzunsov və yaxud uzunsov-ellipsvaridir, fındıqcameyvənin qanadlarının eni fındığın ölçüsunə bərabərdir, nadir hallarda 1,5 dəfə enlidir. May-iyun aylarında çiçəkləyir, iyul-avqust aylarında meyvə verir.
BQ (Quba), BQ şərq, KQ şimal, KQ mərkəz
Meşənin yuxarı kənarlarında rast gəlinir. Xarakterik subalp tozağacı meşəliyiəmələ gətirir və (B. pendula) tozaqacılığı tərkibinə keçir.
Qabığı yun sapların boyanması üçün qırmızımtıl-sarı, yarpağı isə bozumtul-yaşıl və ya yaşılımtıl-göy rəng verir.