Beverli Alitt (ing. Beverly Gail Allitt ; doğ. 4 oktyabr 1968) — dörd uşağı öldürmək, digər üç uşağı öldürməyə cəhd etməkdə və daha altı nəfərə ağır bədən xəsarəti yetirməkdə ittiham olunan ingilis seriyalı uşaq qatili.[1]
Beverli Alitt | |
---|---|
Doğum tarixi | 4 oktyabr 1968 (55 yaş) |
Doğum yeri |
|
Fəaliyyəti | tibb bacısı, seriyalı qatil |
1991-ci ildə 23 yaşlı Beverli Alitt pediatriya şöbəsində tibb bacısı kimi çalışmağa başlayır. İki ay ərzində o, dörd uşağı qətlə yetirir və daha doqquz körpəni öldürməyə cəhd edir, lakin xoşbəxtlikdən onlar sağ qalmağa müvəffəq olurlar.
Erkən yaşlarında Beverlidə "Münhauzen sindromu" müşahidə edilirdi. Bu psixi pozğunluğun əsas göstəricisi xəstənin süni yolla ətrafı özünə diqqət göstərməyə təşviq etməkdir.
Ən nəhayətdə Alitt 1993-cü ildə mühakimə olunur və ömürlük həbs cəzası alır. Lakin B. Alitt son ana qədər öz günahını boynuna almır.