Beyşehir gölü

Beyşehir (türk. Beyşehir Gölü, lat. Caralis, Karalis,yun. Κάραλις) — Türkiyənin cənub-qərbində, IspartaKonya illərində yerləşən böyük şirin sulu göl. Tavr dağlarının cənubunda, tektonik çökəklikdə formalaşmışdır. Su toplayıcı hövzəsinin sahəsi 4200 km²-dir. Sahəsi 650 km², uzunluğu 45 km, eni siə 20 km-dir. Ən ensiz hissəsi Hayran və Akburun kəndləri arasındadır - 14 km. Göl bölgənin əsas şəhəri olan Beyşeherinin adını daşıyır. Beyşehir Türkiyənin sahəsinə görə ikinci ən böyük şirin sulu gölüdür. Konya ilinə 523 km², Isparta ilinə isə 130 km²-lik sahə aiddir. Ehtimal olunur göl 10.000–7.000 il əvvəl, iqlim istiləşməsi nəticəsində formalaşmışdır.

Beyşehir gölü
Ümumi məlumatlar
Mütləq hündürlüyü 1121 m
Eni 20 km
Uzunluğu
  • 45 km
Sahəsi
  • 650 km²
Dərin yeri 10 m
Yerləşməsi
37°46′55″ şm. e. 31°30′27″ ş. u.HGYO
Ölkə
Beyşehir gölü xəritədə
Beyşehir gölü
Beyşehir gölü
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]

Gölün cənub və şimal sahilləri dayaz suludur. Göl ərazisini hündürlüyü 2000 metrdən yüksək dağ zirvələri əhatə edir. Beyşehir gölünün maksimal dərinliyi 10 metrdir.[1] Ancaq fərqli fərqli mənbələrdə 12,13,15 metr göstərilir. Beyşehirdən çıxan Uluarx adlı çay 60 km axdıqdan sonra Suğla gölünə tökülür. Beyşehirin suyundan suvarma üçün istifadə olunur. Suyun səviyyəsi və sahəsi mövsüm və il üzrə dəyişir. Göldə müxtəlif ölçülü 32 ada var. Su səviyyəsinin dəyişməsi ilə yanaşı, orada yerləşən adaların da sayı dəyişir.[2]

1960-1990-cı illərdəki müşahidələrə əsasən gölün ən aşağı səviyyəsi 1975-ci ilin oktyabr ayında - dəniz səviyyəsindən 1121.96 m yüksəklikdə olduğu müəyyənləşdirilmişdir. Gölün sahəsi 64,500 hektar idi. Eyni müşahidə dövrü üçün ən yüksək suyun səviyyəsi 1981-ci ilin martında - 1125,50 metr olmuşdur. Həmin vaxt gölün sahəsi 74,600 hektara çatmışdır.

Beyşehir gölü bir çox fərqli quş növlərinin məkanıdır. Ətraf əraziləri ilə birgə Beyşehir Gölü Milli Parkı yaradılmışdır. Göl suyunda adi çəki, aynalı çəki, durna, xanı və s. balıqlar var. Göl ətrafə ərazilərdə böyük çöl donuzu sürülərinə rast gəlinir.

Göldə yerləşən adada Bizans imperiyasına məxsus monastırın qalıqları mövcuddur.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. "XX. Yüzyılın Başlarında Beyşehir Gölü ve 1910-1911 Yılları Büyük Taşkın Hadiseleri". 2020-06-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-05.
  2. "Hakkı Arıbaş. BEYŞEHİR GÖLÜ ADALARINDA NÜFUS, YERLEŞME VE EKONOMİK FAALİYETLER". 2020-04-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-05.