Beynəlxalq Ahıllar Günü (1992) - BMT Baş Məclisinin 1992-ci ildə qəbul etdiyi “Ahılların müdafiəsi ilə bağlı Qətnamə”yə əsasən, 1 oktyabr Beynəlxalq Ahıllar Günüdür. [1][2]
Azərbaycanda Beynəlxalq Ahıllar Günü 1993-cü ildən başlayaraq qeyd olunur. “Sosial xidmət haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, 70 yaşına çatmış Azərbaycan vətəndaşları, habelə Azərbaycanda daimi yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxslər ahıl hesab olunurlar.[1][2]