Beynəlxalq Jurnalistlər Federasiyası (IFJ) (orijinal adı: International Federation of Journalists) — kütləvi informasiya vasitələri peşəkar işçilərinin beynəlxalq təşkilatı. Mənzil-qərargahı Brüsseldə yerləşir.
Beynəlxalq Jurnalistlər Federasiyası IFJ | |
---|---|
International Federation of Journalists | |
| |
Yaranma tarixi | 1926 |
Rəsmi dili | İngilis dili, fransız dili, ispan dili |
Mərkəzi | |
Yarandığı yer | Brüssel, Belçika |
ifj.org |
Beynəlxalq Jurnalistlər Federasiyası 1926-cı ildə Parisdə Fransa Milli jurnalistlər sindikatının təşəbbüsü ilə yaradılıb. O zaman təxminən iyirmi ölkədən 25 000-ə yaxın kütləvi informasiya vasitələri işçisi təmsil edirdi və mərkəzi Parisdə yerləşirdi. İlk prezidenti Fransız müxbiri Georges Bourdon idi.
Fransanın işğal olunması ilə İkinci Dünya müharibəsi Parisdə Beynəlxalq Jurnalistlər Federasiyasının fəaliyyətinə son qoydu. İlk konqresi 1941-ci ildə baş tutan müttəfiqlərin və ya azad ölkələrin Beynəlxalq Jurnalistlər Federasiyasını Londonda qurmağa qərar verdi. 1946-cı ildə Müttəfiqlərin və ya azad ölkələrin Jurnalistlər Federasiyası ləvğ olundu, müharibə bitdikdən sonra Beynəlxalq Jurnalistlər Təşkilatı yaranmağa başladı.
Soyuq müharibə nəticəsində Beynəlxalq Jurnalistlər Federasiyası 1952-ci ildə 49 nümayəndənin qatıldığı Brüsseldə keçirilən Ümumdünya Konqresində yenidən fəaliyyətə başladı. Bu layihə Praqada yerləşən Şərqi Avropa və inkişaf etməkdə olan ölkələrin jurnalistlərinin milli ittifaqlarından ibarət Beynəlxalq Jurnalistlər Təşkilatı tərəfindən 1990-cı illərə qədər başa çatdırılacaqdı.
Beynəlxalq Jurnalistlər Federasiyası, Birləşmiş Millətlər Təşkilatının İqtisadi və Sosial Şurası və YUNESCO tərəfindən rəsmi olaraq tanınmışdır.[1]
1954-cü ildə Bordo şəhərində keçirilmiş Beynəlxalq Jurnalistlər Federasiyası İkinci Dünya Konqresində 18 ölkədən 43.000-dən çox media işçisini təmsil edən nümayəndə heyətləri, jurnalist etikasına dair ilk geniş tanınmış mətn olan "Jurnalistlərin davranışına dair prinsiplər bəyannaməsi"ni qəbul etdilər.[2]
2019-cu ildə BJF-nın 30-cu Dünya Konqresi ilk dəfə Afrikada və Ərəb ölkəsində Tunisdə keçirildi.[3] Konqres həm də 100-dən çox ölkədən 300 nümayəndə heyətinin 1954 BJF "Jurnalistlərin davranışına dair prinsiplər bəyannaməsi" ilə müəyyən edilmiş etik standartları gücləndirən jurnalistlər üçün qlobal etik deklarasiyaqəbul etdiyi üçün tarixi oldu.[4]
Mərkəzi Brüsseldə yerləşən təşkilat, 1926-cı ildə sosial ədalət, işçi hüquqları, demokratiya, insan hüquqları, yoxsulluqla mübarizə və b. sosial problemlərlə mübarizə aparan jurnalistlərin bir yerə toplaşması ilə yaranmışdır.
Bu gün 600.000 üzvü olan Beynəlxalq Jurnalistlər Federasiyasının, dünyanın 100 ölkəsində nümayəndəlikləri vardır. 1994-cü ildən müharibələrdə iştirak edən jurnalistləri aktiv şəkildə izləyir, onların təhlükəsizliyini və ehtiyaclarını diqqətdə saxlayır.