Beynəlxalq Türkcə Olimpiadaları və ya əvvəlki adı ilə Xaricilər üçün Türk Dili Turniri — ilk dəfə 2003-cü ildə təşkil edilmiş və dünyanın hər yerindən şagird və müəllimlərin iştirak etdiyi bir turnir. Olimpiada çərçivəsində Türkiyəyə gətirilən tələbələr türkcə mahnı və şeirlər söyləyib, xalq rəqslərini ifa etmişlər.[1] Bu çərçivədə xaricdəki Gülən məktəblərində türkcə təhsil verildiyi, türkcənin tədris edildiyi iştirakçılara göstərilmişdir.[2] Türk və ana dili olmayanlar üçün fərqli müsabiqə kateqoriyaları var.
Beynəlxalq Türkcə Olimpiadaları | |
---|---|
Ölkə |
2007-ci il Avropa Dili Mükafatı Beynəlxalq Türkcə Olimpiadası layihəsinə görə Avropa Birliyinin Təhsil və Gənclər Proqramları Mərkəzi tərəfindən Beynəlxalq Dil Tədris Assosiasiyasına verilmişdir.[3]