Gülən hərəkatı məktəbləri — türkiyəəsilli amerikalılar tərəfindən qurulan özəl və ya yarı özəl məktəblər şəbəkəsi. "Ortaq Dəyərlər İttifaqı" qeyri-kommersiya təşkilatının icraçı direktoru Alp Aslandoğan demişdir ki, bu məktəblər müstəqildir, lakin dolayısı ilə “intellektual və ya ilhamverici səviyyədə” islamçı Gülən hərəkatı ilə bağlıdır.[1] 2009-cu ildə Gülən hərəkatının üzvlərinin bir çoxu tam təqaüdlü 2 milyondan çox tələbəyə xidmət edən məktəbləri idarə etdiyi təxmin edilirdi.[2] Məktəblərin və təhsil müəssisələrinin sayı ilə bağlı təxminlər çox müxtəlif olmuşdur. Türkiyədə 300-ə yaxın məktəb və dünya üzrə 1,000-dən çox məktəb mövcud olmuşdur.[3][4]
2016-cı ildə Türkiyədə dövlət çevrilişinə cəhddən əvvəl Türkiyədə çoxlu Gülən məktəbi var idi. Daha sonra bütün məktəblər türkiyəli əhalinin çox olduğu ölkələrdəki digər Gülən məktəbləri kimi qanunla qadağan edilmişdir. Türkiyənin rəsmi müraciətinə baxmayaraq, ABŞ Güləni ekstradisiya etməmişdir.
ABŞ-də əsasən aztəminatlı ailələrdən olan uşaqlara yalnız dünyəvi təhsil verən Gülən məktəbləri federal maliyyə dəstəyi alır.[5]
Məktəblərin kurikulumları ölkədən ölkəyə dəyişir. Onlar ümumiyyətlə Türkiyə və lokal kurikulumların dünyəvi qarışığına əməl edirlər. Gülən məktəbləri yerləşdikləri yerli dillərdə təhsili təşviq edirlər. Buna Türkiyədə kürd dilinin mübahisəli olaraq istifadə edilməsi də daxildir.[6] Gülən məktəblərində elm, texnologiya, mühəndislik və riyaziyyat (STEM) sahələrində tədrisə böyük əhəmiyyət verilir.[7]
Gülən məktəbləri təkcə müsəlmanlar üçün deyil[8] və Türkiyədə "şəbəkənin məktəbləri üçün ümumi kurrikulumda həftədə bir saat din dərsi nəzərdə tutulur, halbuki bir çox ölkələrdə məktəblər heç bir dini dərs vermir. Xaricdə bir neçə İmam-Hatip məktəbi olsa da, bu qurumları ciddi mənada islam məktəbləri hesab etmək olmaz".[9] Müəllimlərin böyük əksəriyyətinin tələbələri daha çox təqvaya təşviq edən Gülən şəbəkəsinin üzvlərindəndir.[10] 2008-ci ildə "New York Times" qəzetində çıxan bir məqalədə Pakistanda "müəllimlərin həyat tərzi və namazda nümunə göstərdiyi yataqxanalarda islamı təşviq etdikləri"[8] və türk məktəblərinin islama daha yumşaq bir yanaşma təklif etdiklərini təsvir etmişdir.[8]