Beynəlxalq Tibb Tarixi Cəmiyyəti

Beynəlxalq Tibb Tarixi Cəmiyyətinin fəaliyyət göstərdiyi ölkələr

Beynəlxalq Tibb Tarixi Cəmiyyəti (BTTC) — maddi maraq güdməyən beynəlxalq təşkilatdır. Məqsədi tibb tarixini araşdırmaq, o cümlədən beynəlxalq elmi konfranslar təşkil etməkdir. Cəmiyyət dünyanın 50 ölkəsində fəaliyyət göstərir. Onun 38 ölkədə nümayəndəlikləri və 800 yaxın üzvü var. Cəmiyyət üzvlərinin arasında həm tarixçilər, həm də həkimlər mövcuddur.

İki ildən bir cəmiyyət beynəlxalq kongreslər keçirir[1][2] Bu iki il arasında həm cəmiyyətin özü, həm də onun müxtəlif ölkələrdə olan milli nümayəndəlikləri tibb tarixinin ayrıca məsələlərinə aid beynəlxalq və milli konfranslar keçirirlər. Belə ki, 2005-ci ildə BTTC-nin dəstəyi ilə Bakıda tibb tarixinə aid ilk elmi konfrans keçirilmişdir — "Azərbaycanda Tibb Elminin Tarixi Problemləri" I Respublika Konfransı, Bakı, 1 – 2 fevral 2005 il). BTTC-nin vitse-prezidenti Gary Ferngrenin Konfransın təşkilatçısı və BTTC-də Azərbaycanın nümayəndəsi[3] Fərid Ələkbərliyə göndərdiryi təbrik məktubu Konfransın məruzələr toplusunda dərc edilmişdi[4].

BTTC ildə iki dəfə Vesalius — Acta Internationalia Historiae Medicinae adlı beynəlxalq elmi jurnal nəşr edir.[5] Jurnalda cəmiyyətin təşkil etdiyi konfranslardan məruzələr və başqa elmi materiallar dərc olunur.[6]

  1. [www.biusante.parisdescartes.fr/ishm/eng/acc_hist.htm ""GlobeFoundations". Brief of the Globe Foundations,vol 13: 1990, to the last decade of the Century", pages 10&11"] (#bad_url). parisdescartes.fr. İstifadə tarixi: 2015-07-19.
  2. 2009 Edmond Gravenor and the Council of World Organizations. Review of the International Societies and Organizations of the XX century, page 345–346, Northampton Press, UK
  3. ISHM. [www.biusante.parisdescartes.fr/ishm/eng/ "BTTC milli nümayəndələrinin siyahısı"] (#bad_url). International Society for the History of Medicine. 2015. İstifadə tarixi: 2015-07-19.
  4. "Materials of the 1st National Conference of The Azerbaijani Society for the History of Medicine "Problems of the History of Medicine in Azerbaijan". Baku, 1-2 February 2005" (PDF). aamh.az. 2019-11-01 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2015-07-19.
  5. "Vesalius - Acta Internationalia Historiae Medicinae" (PDF). İSHM. 2019-11-01 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2015-07-19.
  6. Alakbarli Farid. Systematic Analysis of Animals used in Medieval Azerbaijan Medicine. Vesalius. Official journal of the International Society for the History of Medicine, 2006, XII, I, 3, pp.18–22

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]