Beynəlxalq Mülki Aviasiya Günü (ing. International Civil Aviation Day, isp. Día de la Aviatión Civil Internetional, fr. Journée de l'aviation civile internationale) - bu bayram hər ilin 7 dekabr tarixində qeyd olunur.
Beynəlxalq Mülki Aviasiya Günü | |
---|---|
Qeyd olunmağa başlayıb | 1994 |
Tarix | 7 dekabr |
un.org/ar/observances/ci… |
1996-cı il dekabrın 6-da BMT Baş Məclisi tərəfindən “7 dekabr - Beynəlxalq Mülki Aviasiya Günü” elan olunmuşdur.
Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyası Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2006-cı il 29 dekabr tarixli Fərmanı ilə yaradılmışdır və mülki aviasiya sahəsində nəzarəti, dövlət siyasətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.
Azərbaycanda “Mülki Aviasiya Günü” 2 iyun tarixində qeyd olunur. Bayramın məhz iyunun 2-də keçirilməsi isə Azərbaycanda ilk aviasiya qrupunun həmin gün yaradılması ilə əlaqədardır.
Azərbaycan mülki aviasiyasında ilk dəfə 1923-cü il avqustun 8-də “Yunkers” təyyarəsi ilə sərnişin daşınmaları həyata keçirilmişdir. Azərbaycanda ilk hava limanı 1931-ci ildə Binə qəsəbəsinin yaxınlığında tikilmiş və 2 ildən sonra istifadəyə verilmişdir.
1994-cü ildə Mülki Aviasiya Mərkəzinin bazasında Milli Aviasiya Akademiyası yaranmışdır[1].