Beynəlxalq turist marşrutları

İstənilən hər hansı bir səyahətin (müvəqqəti qalma, turlar) ön­cədən seçilmiş marşrutu, gecələmək proqramı, müəyyən davamiy­yət və məqsədi olur[1].

Marşrut - siyahı üzrə qeyd olunmuş bütün coğrafi məntəqələrə və yerlərə gedilməsi nəzərdə tutulan və səyahət müddətində dayanacaqdan-dayanacağa qədər turistlər tərəfindən gedilən yoldur. Səyahətin başlanğıcı və sonu marşrutun çıxış və son nöqtələri hesab olunur.

Marşrutun başlanğıcı - müqavilədə nəzərdə tutulduğu kimi, turistə ilk, sonu isə axıncı turist kimi xidmət göstərən məntəqədir.

Marşrut növləri[redaktə | mənbəni redaktə et]

Marşrut üzrə gedilən istiqamətdə yerdəyişmədən asılı olaraq, marşrutun xətti, dairəvi, radial (radius istiqamətli) və kombinasiyalı (quraşdırılmış) növləri vardır.

  1. Xətti marşrut - başlanğıcı və sonu müxtəlif coğrafi məntəqə­lərdə olan marşrut, məsələn, Bakı-Şəki-Sumqayıt-Tiflis.
  2. Dairəvi marşrut - başlanğıcı və sonu eyni coğrafi məntəqədə olan marşrut, məsələn «Türkiyə turu» (İstanbul - İzmir - Quşadası - Patnakqala - İstanbul). Dairəvi marşrutdan fərqli olaraq, başlanğıc nöqtəsində yerləşən turist, həmin nöqtədən müxtəlif istiqamətlərə səyahət edərək yenidən başlanğıc nöqtəsinə qayıdır. Məsələn, Bakı-Şamaxı-Bakı, Bakı-Gəncə-Bakı, Bakı-Şəki-Bakı, Bakı-Nabran-Bakı.
  3. Kombinasiyalı marşrut - xətti, dairəvi və radial marşrut elementinin ixtiyari kombinasiyasım' özündə birləşdirən marşrut. Məsələn, Bakı-Şəki-Qəbələ-Zaqatala-Qax-Zaqatala-Tiflis

Marşrut üzrə hərəkət zamanı marşrutdaxili adlanan müxtəlif nəqliyyat vasitələrindən istifadə edilə bilər.

Xarici keçid[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinad[redaktə | mənbəni redaktə et]

  1. Məmmədov Q.Ş., Xəlilov M.Y. Ekologiya və ətraf mühit Bakı 2003