Beynəlxalq turizm təşkilatları

Belnəlxalq turizm təşkilatları- Turizmin düzgün və davamlı inkişafını təmin etməkdən ötrü yaradılmışdır.

İSTA- Ekskursiya və Turizm Təşkilatçılarının Beynəlxalq Assosiasiyasıdır.

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]

Bu təşkilat 1952-ci ildə təsis edilmişdir. Mənzil-qərargahı Portuqaliyanın paytaxtı Lissabondadır.

Təşkilatın məqsədi

[redaktə | mənbəni redaktə et]

Bu təşkilat qarşılıqlı informasiya mübadiləsi vasitəsi ilə üzvləri arasında əlaqə və əməkdaşlığın inkişafına yardım etmək, digər təşkilatlarla dostluq münasibətləri və əməkdaşlığı inkişaf etdirmək, üzv ölkələrdə ekskursiya xidmətini təkmilləşdirmək, ekskursiya xidmətinin yaxşılaşdınlması, həmçinin qanunvericilik xarakteri daşıyan müvafiq qanun, norma və qərarların qəbulu məsələsində turizmlə bağlı hökumət orqanlan ilə əməkdaşlıq etmək kimi funksiyaları özündə birləşdirir.

FİCT- Beynəlxalq Turizm Mərkəzləri Federasiyasıdır

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]

Bu təşkilat 1948-ci ildə təsis edilmişdir. Mənzil-qərargahı Lixtenşteynin paytaxtı Vadus şəhərindədir.

Təşkilatın məqsədi

[redaktə | mənbəni redaktə et]

Turizm və informasiya xidməti rəhbərləri arasında daimi əlaqələrin yaradılması, texniki sənədlərin yığılması, nəşri və yayılması, həmçinin əməkdaşlıq hərəkatının təşkilini özündə birləşdirir.

İFTO - Beynəlxalq Turoperatorlar Federasiyasıdır.

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]

1970-ci ildə təsis edilmişdir. Mənzil-qərargahı Böyük Britaniyanın paytaxtı London şəhərindədir.

Təşkilatın məqsədi

[redaktə | mənbəni redaktə et]

Buraya mehmanxana yerləşdirilməsi və xidməti, aviabiletlərin alınması üçün lisenziya verilməsi, gömrük, turist və mehmanxana qanunvericiliyi, hökumət və qeyri-hökumət turizm təşkilatları ilə əməkdaşlıq məsələlərini həll etməkdir.

WLRA - Asudə Vaxt və istirahət Məsələləri ilə bağlı Ümumdünya Assosiasiyasıdır.

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]

1956-cı ildə təsis edilmişdir. Mənzil-qərargahı ABŞ Nyu-York şəhərindədir.

Təşkilatın məqsədi

[redaktə | mənbəni redaktə et]

Buraya inkişaf etməkdə olan ölkələrdə gənclərin, yaşlıların, əlillərin həyat səviyyəsinin yaxşılaşdırılması, asudə vaxtın və istirahətin düzgün təşkili, cəmiyyətin sosial inkişafı məsələlərində istirahətin təşkilinin rolu və əhəmiyyətinin açıqlanması, bu problemlə bağlı bütün məsələlərə dair beynəlxalq forumların çağrılması; regional, milli və yerli as-sosiasiyalann təşkilinə yardım edilməsi, üzv ölkələrdə istirahət və asudə vaxtın təşkili məsələlərində milli siyasət və milli proqramların hazırlanmasına yardım etməkdir.

IATL - Zəhmətkeşlərin Turizm və istirahət üzrə Beynəlxalq Assosiasiyasıdır.

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]

1964-cü ildə təsis edilmişdir. Mənzil-qərargahı Çexiyanın paytaxtı Praqa şəhərindədir.

Təşkilatın məqsədi

[redaktə | mənbəni redaktə et]

Sülhün, dostluğun və beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi vasitəsi kimi sosial turizmin inkişafı, ödənişli məzuniyyətdən istifadə etməklə zəhmətkeşlərin hüquqlarının müdafiəsi, asudə vaxtın istifadəsi məsələləri üzrə Həmkarlar İttifaqlarının ümumi konsepsiyasının hazırlanması, müxtəlif ölkələrdə sosial turizmin inkişafı ilə bağlı təcrübə mübadiləsinin aparılması, həmçinin bu sahə ilə əlaqədar beynəlxalq təşkilatlarla əməkdaşlıq etməkdir.

IFPTO - Sosial Turizm Təşkilatlarının Beynəlxalq Federasiyasıdır.

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]

1950-ci ildə təsis edilmişdir. İqamətgahı Fransanın paytaxtı Paris şəhərindədir.

Təşkilatın məqsədi

[redaktə | mənbəni redaktə et]

Buraya turizm məsələləri ilə bağlı bütün üzv təşkilatlar arasında əməkdaşlığın möhkəmləndirilməsi; turizm assosiasiyalarının təsisinə yardım edilməsi; bu təşkilatın maraqlarının BMT-nin Təhsil, Elm və Mədəniyyət üzrə Komitəsi (UNESKO), Beynəlxalq Əmək Təşkilatı (BƏT), həmçinin beynəlxalq avia, dəniz, avtomobil, dəmiryolu və digər nəqliyyat təşkilatlannda müdafiə edilməsi, əməkdaşlığın mübadiləsi proqramının həyata keçirilməsi, reklam və maarif məqsədli səfər və proqramların təşkilidir.

BITEJ -Gənclər Turizmi və Mübadiləsi üzrə Beynəlxalq Bürodur.

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]

1960-cı ildə təsis edilmişdir. Mənzil-qərargahı Macarıstanın paytaxtı Budapeşt şəhərindədir.

Təşkilatın məqsədi

[redaktə | mənbəni redaktə et]

Burada gənclər turizminin və mübadiləsinin dərketmə, tərbiyə nöqteyi-nəzərindən inkişafına şərait yaratmaq; gənclər arasında anlaşma və dostluğun əldə edilməsinə yönəlmiş digər təşkilatlarla əlaqələrin inkişafına nail olmaq; gənclərlə bağlı səyahət bürolarının iş təcrübəsini, turizmin və turizm proqramlarının yeni formalarını, gənclər turizminin inkişafı tendensiyalarını öyrənməkdir.

ACIT - Beynəlxalq Turizm Akademiyasıdır.

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]

1951-ci ildə təsis edilmişdir. Mənzil-qərargahı Monakonın Monte-Karlo şəhərindədir.

Təşkilatın məqsədi

[redaktə | mənbəni redaktə et]

Beynəlxalq turizmin mədəni dəyərlərinin, beynəlxalq turizmin humanist istiqamət və tendensiyalarının mühafizəsi və inkişafı, xüsusi peşəkar turizm terminləri lüğətinin hazırlanması və nəşr edilməsi ilə bağlı praktiki işlərin aparılmasıdır.

AIDT - Turizm üzrə Parlamentlərarası Assosiasiyadır.

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]

1949-cu ildə təsis edilmişdir. Mənzil-qərargahı İsveçrənin paytaxtı Bern şəhərindədir.

Təşkilatın məqsədi

[redaktə | mənbəni redaktə et]

Milli qanunvericilik orqanların (parlamentlər) və ictimai təşkilatların cəlb edilməsi ilə həm milli, həm də beynəlxalq səviyyədə turizmin inkişafına kömək etməkdir. Parlamentlərarası İttifaqla (Inter Parliamentary Union) əlaqələri vardır. 1989-cu ilin aprelində Haaqada (Niderland) bu ittifaqın təşəbbüsü ilə Ümumdünya Turizm Təşkilatı ilə birlikdə turizm məsələləri ilə əlaqədar beynəlxalq konfrans keçirilmişdir. Konfransda yekun sənəd kimi turizm üzrə Haaqa deklarasiyası qəbul edilmişdir.[1]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. Məmmədov.C.A, Soltanova.H.B, Rəhimov.S.H Beynəlxaql turizmin coğrafiyası, Bakı 2002