Bhilai

Bhilai (hind. भिलाई, ing. Bhilai və ya ing. Bhilai Nagar) — Hindistan Respublikasıın mərkəzi hissəsində, Çhattisqarh ştatında, Durq-Bhilai aqlomerasiyasında şəhər[1][2].

şəhər
Bhilai
hind. भिलाई
ing. Bhilai
21°22′ şm. e. 81°43′ ş. u.HGYO
Ölkə  Hindistan
Region Çhattisqarh
Başçı Devendra Yadav
Tarixi və coğrafiyası
Sahəsi 340.99 km2 km²
Mərkəzin hündürlüyü 297 m
Saat qurşağı UTCUTC +5:30
Əhalisi
Əhalisi 644 min nəfər (2006)
Rəqəmsal identifikatorlar
Telefon kodu +91 788
Poçt indeksi 490006
Nəqliyyat kodu CG-07
Digər
bhilainagarnigam.com
Xəritəni göstər/gizlə
Bhilai xəritədə
Bhilai
Bhilai
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Bhil uşaqları

"Bhilai" adının ilk olaraq bu bölgədə yaşayan Bhil tayfasının adı ilə bağlı olduğu bildirilir. Onların bu günə qədər yaxınlıqdakı meşəlik ərazilərdə yaşamağa davam etdiklərinə inanılır[3].

Bastar platosunda, dəniz səviyyəsindən 292 metr yüksəklikdə yerləşir[1].

Şəhər 21 ° 22 ' Şimal enində və 81 ° 43' Şərq uzunluğunda yerləşir.

Şəhərin yerləşdiyi saat qurşağı UTC +5:30-dur.

Bhilainin iqlimi tropikdir. Yay aylarında, iyun ayından sentyabr ayına qədər bu ərazidə yağışlar yağma göstəricisi çox yüksəkdir. Orta illik yağıntı miqdarı 1188 mm-dir.

Orta illik temperatur 26.6 °C-dir.

1991-ci ildə şəhərin əhalisi 686 min nəfər idi[4].

2001-ci ildə şəhərin əhalisi 1,064,077[5] nəfər olmuşdur ki, 51,28 %-i kişilər, 48,72 %-i isə qadınlar idi. Əhalinin 10,99 %-i 6 yaşadək uşaqlar olmuşdur. Savadlılıq dərəcəsi 87,02 % təşkil etymişdir. Bu da ölkədə qeydə alınmış ümummilli ortalamadan yüksəkdir. Kişilər arasında savadlılıq 93,12 %, qadınlar arasında isə 80,62 % təşkil etmişdir.

2006-cı ildə şəhərin əhalisi 644 min nəfər idi[1]. Aqlomerasiyada isə 1037,4 min nəfər olmuşdur[1].

2011-ci ildə şəhərin əhalisi 1,006,407 nəfər olmuşdur[6].

Sənaye parkı; iri dövlət metallurgiya kombinatı, kimya sənayesi, metal emalı müəssisələri fəaliyyət göstərir; tikinti materialları istehsal olunur[1]. Şəhərdəki metallurgiya kombinatı Dekan yaylasının mərkəzi hissəsində olan ən iri metallurgiya kombinatıdır.

Bhilainin yaxınlığında dəmir və manqan filizləri, daş kömür yataqları var[1].

Bhilai şəhəri yaxşı orta təhsili ilə tanınır. Təhsil müəssisələrində əsasən mühəndis və həkim hazırlanır.

Şəhərdə ali məktəblərdən Bhilai Texnologiya İntitutu fəaliyyət göstərir[1]. Həmin ali ntəhsil müəssisəsi 1986-cı ildə yaradılmışdır[1].

Şəhər Mərkəzində Milli Əl sənətləri Sərgisi (ing. National Handloom Expo) kimi böyük sərgilər keçirilir[7]. Həmçinin Şəhər Mərkəzi Nehru Sənət Qalereyasının da yerləşdiyi məkandır[8][9].

Bhilai Naqar dəmir yolu stansiyası

Şəhər Mumbay–Kəlkətə magistralında dəmir yolu qovşağının üstündədir[1].

Durqa dəmir yolu xətti bu şəhər ilə başqa şəhərləri birləşdirir. Raypur hava limanı isə Bhilai şəhərinə 40 km-lik məsafədə yerləşir.

Şəhərin sakinləri əsasən öz avtomobilləri ilə və ya işəgötürənlər tərəfindən təmin edilən nəqliyyat vasitələri ilə işə gedirlər.

  1. 1 2 3 4 5 6 7 8 9 BHİLAİ Arxivləşdirilib 2022-08-15 at the Wayback Machine. ensiklopediya.gov.az  (az.)
  2. Census van 1 maart 2001 (via archive.org)
  3. "History of Bhilai, Historical Aspects of Bhilai, Origin of Bhilai". www.bhilaionline.in. 2017-10-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-22.
  4. Wielka Encyklopedia PWN, Warszawa 2002, t. 7, s. 446, ISBN 83-01-13357-0 t. 1-30, ISBN 83-01-13590-5 t. 7
  5. "Urban Agglomerations/Cities having population 1 lakh and above" (PDF) (ingilis). Provisional Population Totals, Census of India 2011. 2013-04-02 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2012-09-03.
  6. "Urban Agglomerations/Cities having population 1 lakh and above" (PDF). Provisional Population Totals, Census of India 2011. 2 April 2013 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 16 April 2012.
  7. "NATIONAL HANDLOOM EXPO AT BHILAI". 27 November 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 June 2017.
  8. "Bhilai bureaucrats bring out their 2-wheelers and helmets". 3 December 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 May 2017.
  9. "DEGAN INAUGURATES 'FIRE SAFETY' EXHIBITION". 27 November 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 May 2017.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]