Bibimbap (kor.비빔밥 — qarışıq bişmiş düyü) — Koreya mətbəxinə aid olan düyülü xörək. O, kasanın içində isti düyü və onun üstündə namul (qısa vaxt ərzində qaynadılmış ədviyyatlı tərəvəz və/və ya göyərti) və ya kimçi (ənənəvi Koreya tərəvəz turşusu) ilə qoçucan (Koreya çili bibəri pastası), soy sousu və ya doncan (turşu soy pastası) olaraq verilir. Bunnan əlavə, bibimbapa bəzən bişməmiş və ya qızardılmış yumurta və ət (adətən mal əti) qoya bilərlər. Xörək onu yeməkdən əvvəl qarışdırılır.[1]
Bibimbapın dəqiq mənşəyi bilinmir. İnsanlar sansince (dağ tanrısının təntənəsi) və ya donsince (kənd tanrısının təntənəsi) kimi cesa (əcdadlar mərasimi) zamanı "tanrılarnan birlikdə yeyirdilər". Ola bilər ki, bu cür mərasimlərdən sonra, onların evlərində kimi mətbəx dəstələri olmadığına görə ban (bişmiş düyü) ilə bançanları (Koreyanın müxtəlif qəlyanaltıları) qarışdırırdılar.[3] Bəzi araşdırmaçıların fikrincə, bibimbapın mənşəyi cesa zamanı qurbanlıq yeməyi onu yeməkdən qabaq qarışdırmaq ənənəsindən gəlir.[4]
Andrey Lankovun sözlərinə görə, keçmişdə bibimbap saray yeməyi sayılırdı. Bu cür yeməkləri ancaq varlılar və taxtda olan sülalə tez-tez yeyə bilirdi. Sadə insanlar isə bu cür yeməkləri ancaq xüsusi bayram günləri yəyə bilərdi.[5] Məsələn, onlar bibimbapı adətən ay təqvimin yeni ili zamanı yeyirdilər, çünki o zaman, onların fikrincə, yeni ildən öncə bütün qalan qəlyanaltıları yeyib qurtarmaq lazım idi.[6] Bibimbap çox insan üçün hazırlamağa asan xörək olduğuna görə, fermerlər onu əkinçilik mövsumu zamanı eləyirdilər.[7] Bu cür bibimbapda daha çox tərəvəz olurdu.[8]
Tarixi mənbələrdə bibimbap fərqli adları altında qeyd olunur. Məsələn, Coson dövrüdən olan araşdırmaçı, Bak Don Ryan (1569–1635) onu Gice tarixi qeydləri kitabında hondon ban (混沌飯) adı altında yazdırıb.[9][10] Başqa bir Coson araşdırmaçı, Quon San İl (1679–1760) öz Çonde gündəliyində onu qoldon ban (骨董飯) kimi qeyd edib.[11] İ İk adlı Neokonfusiyaçı araşdırmaçının, Sonho tam yazısında (1681–1764) da o, qoldon (骨董), İ Dok Munun Çoncanquan tam yazısında isə qoldon ban (汨董飯) kimi yazılıb. İ Hak Qyunun Nakhasen yazılarında o həm qoldon ban (骨董飯) həm də qoldon (骨董) adlanılır.[11]
Bıbuiım (브뷔음) hanqıl transkripsiyasının ən erkən iştədilməsi 1810-cu ilinin Can Honun Monyupyon ensiklopediyasında tapmaq olar.[10] 1870 ilinə aid olan Myonmul giryak ensiklopediyasında onun adı hancada qoldon ban (骨董飯) yazılır, amma oxunuşu bubaeban (捊排飯) kimi verilir. Güman olunur ki, bu Koreya dilinin öz bubim bap (부빔밥) ifadəsinin transkripsiyasıdır.[11] Bibimbapın ən erkən məlum yazılmış resepti, XIX əsrə aid olan, Şiıiconso adlı reseptlər kitabındadır.[12][13][14]
Koreya bölünəndən bəri Şimali və Cənubi Koreyada milli mətbəxə yanaşma dəyişib. Bibimbap həm Şimali, həm də Cənubi Koreyada mövcuddur, halbuki Cənubi Koeryada məhz bibimbapa daha çox milli yemək rəmzinə kimi yanaşırlar. Məsələn üçün, 2005-ci ildən başlayaraq, Korean Air onu öz beynəlxalq reyslərində təklif etməyə başlayıb.[15]Lufthansa[16] və Finnair[17] də Koreyadan uçuşlarında bibimbap təklif olunur.