Pxenyan (kor. 평양, 平壤, Pxyonyan, Pyonqyanq) — Koreya Xalq Demokratik Respublikasının (Şimali Koreya) paytaxtı. Şəhər ölkənin inzibati, iqtisadi və siyasi mərkəzidir. «Pxenyan» koreya dilində «geniş torpaq», «rahat yer» deməkdir.
Paytaxt | |
Pxenyan | |
---|---|
평양직할시 | |
39°01′00″ şm. e. 125°44′51″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 38 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Vikianbarda əlaqəli mediafayllar |
Əfsanəyə görə şəhər e.ə. 2334-cü ildə Vanqomson (왕검성|王儉城) adı ilə salınıb. Ancaq bu tarix mübasihə doğurur və yaranma tarixi tarixçilər tərəfindən eramızın başlanğıcı hesab edilir.
1945-ci ildə Koreya azad olunur və SSRİ-nin təsir zonasına düşərək, Koreyanın şimalında yaranan KXDR-in müvəqqəti paytaxtı elan edilir. 1950-1953-cü il müharibəsindən sonra SSRİ-nin köməyi ilə şəhər bərpa edilmişdir.
Tarix boyu Pxenyan dəfələrlə adını dəyişib. Bir adı Ryugen (류경; 柳京) olub. Müxtəlif vaxtlarda Kison, Rannan, Sogyon,Sodo, Xogyon, Çanan adlanıb. Yaponiya işğalı dövründə Xeydzyo adlanıb.
Pxenyan kuyok adlanan 19 dairəyə və qun adlanan 4 uyezdə bölünür.
Pxenyan Şimali Koreyanın iqtisadi mərkəzidir.
22,5 kilometr uzunluğu olan Pxenyan metripoliteni, trolleybus və tramvay xətləri fəaliyyət göstərir. Şəxsi avtomobil çox azdır. Dövlət aviaşirkəti vardır.
Ölkənin tam izolyasiyasına görə Pxenyanda turizm az inkişaf etmişdir. Hakimiyyət az saylı turistlərin ölkədə hərəkətinə tam nəzarət edir.