Biblioqraf

Biblioqraf - xüsusi biblioqrafik təhsilə malik olan kitabxana əməkdaşı. Sənədlər haqqında zəruri informasiya axtarmaqda kömək üçün biblioqrafa müraciət etmək olar.

Biblioqraf kataloqlarla işləməyə kömək edər, zəruri informasiyanı daha sadə yolla necə tapmağı göstərər. Biblioqraflar informasiya axtarışı zamanı istifadə etmək üçün ədəbiyyatın biblioqrafik siyahılarını, müxtəlif mövzular üzrə tövsiyə edilən biblioqrafik vəsaitləri tərtib edirlər.

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  • Kitabxana – informasiya terminlərinin qısa lüğəti. Bakı, «NURLAR» Nəşriyyat-Poliqrafiya Мərkəzi, 2010. 144 s.
  • Azərbaycan Milli Ensiklopediyası