"Kitabxana" sözü fars və ərəb mənşəli iki sözün birləşməsindəndir.
İlk kitabxanalar eramızdan əvvəl yaradılıb. Ən qədim kitabxanalardan birinin Aşşur hökmdarı tərəfindən qurulduğu məlumdur. Hökmdar kitabxanasındakı kitablar üzəri şiş uclu alətlə yazılmış gil lövhələr olub.
Misirdə eradan öncə yaradılmış İsgəndəriyyə kitabxanası isə dövrünün ən böyük kitabxanası idi. Bir çox tarixçilər hesab edir ki, İsgəndəriyyə kitabxanasının yaranması bir çox tarixi faktların izini itirib. Orta əsr kitabxanaları isə təxminən 1000 kitabı olan kiçik monastır kitabxanaları idi.[1]
Təhsil prosesinin iştirakçısı kimi mütaliə pedaqogikasının və onun daşıyıcısı olan kitabxanaların kəsb etdiyi əhəmiyyət öz əksini
mühüm dövlət sənədlərində də tapmışdır.
Kitabxanalar tarixən, eləcə də bu gün kütləvi mütaliənin təşkilatçısı olaraq qalır. Kitabxanalar:
Əhalinin mütaliəsini təşkil etmək üçün sistemli qaydada seçilmiş, oxucuları maraqlandıran problemləri öyrənmək əsasında yaradılmış kitab fondlarına malikdirlər.
Kitabxanalar mütaliənin təşkilatçısı kimi ölkə ərazisində planlı qaydada yerləşdirilmiş, əhaliyə daha çox yaxınlaşdırılmış, həmçinin müxtəlif oxucu qruplarını müntəzəm mütaliəyə cəlb etmək üçün böyük imkanlara malikdirlər.
Burada hər bir oxucunun mütaliəsi üçün lazım olan kitabların məqsədyönlü şəkildə seçilməsinə kömək göstərmək, oxuculara kitabxananın məlumat aparatından istifadə etmək vərdişi aşılamaq imkanına malik mütəxəssis işçilər üçün səmərəli fəaliyyət göstərir. Bütün bunlar əhalinin intellektual tələbatının ödənilməsi üçün mütaliənin sosial zərurətə çevrilməsini
Azərbaycanda da ənənəvi kitabxanalar mövcud olmuşdur.
Azərbaycanın ən böyük kitabxanası olan Mirzə Fətəli Axundov adına Azərbaycan Milli Kitabxanası nəinki Qafqazda, eləcə də Avropa qitəsində, o cümlədən bütün dünyada şöhrəti olan ən böyük milli kitabxanalardan biri hesab edilir. 1923-cü ildə Milli Kitabxana 5 min nüsxə kitabla kiçik bir mənzildə işə başlayıb. İndi kitabxananın fondunda 5 milyona yaxın kitab var. Bir ildən çoxdur ki, kitabxanada elektron kataloq mövcuddur.[3]
Hazırda Azərbaycanda 9000-ə yaxın kitabxana mövcuddur.
↑Əliquliyev R. M., Şükürlü S. F., Kazımova S. İ., Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər // Bakı. İnformasiya Texnologiyaları nəşriyyatı. 2009. 201 s.