Bidhya Devi Bhandari (nep. विद्यादेवी भण्डारी; d. 19 iyun 1961) — Nepal dövlət xadimi. 2015-ci ildə Nepalın prezidenti seçilib. O Nepalda bu vəzifəni tutan ilk qadın siyasətçidir.[1][2][3] O, 28 oktyabr 2015-ci ildə prezident seçkilərində qalib gəlməzdən əvvəl Bütün Nepal Qadınlar Birliyinin sədri və Nepal Komunist Partiyası sədrinin müavini idi.[4][5] Bhandari, parlament səsverməsində 549 səsdən 329-nu alaraq, Kul Bahadur Qurunqa qalib gəlib. O, əvvəllər Nepal hökumətinin Müdafiə Naziri vəzifəsində çalışıb.[6][7][8]
Bidhya Devi Bhandari | |
---|---|
nep. विद्यादेवी भण्डारी | |
Nepalın 2-ci prezidenti | |
Vitse-prezident | Parmanand Ca |
Baş nazir | Khadqa Prasad Şarma Oli |
Əvvəlki | Ram Baran Yadav |
Müdafiə naziri | |
25 may 2009 – 6 fevral 2011 | |
Baş nazir | Madhav Kumar Nepal |
Əvvəlki | Ram Bahadur Thapa |
Sonrakı | Bicaya Kumar Qaççhadar |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Mane Bhanyanq, Nepal |
Partiya | Nepal Kommunist Partiyası |
Fəaliyyəti | siyasətçi |
Həyat yoldaşı | Madan Bhandari (1982–1993) |
Uşağı | 2 |
Dini | Hinduizm |
Elmi fəaliyyəti | |
Elmi dərəcəsi | |
presidentofnepal.gov.np english.presidentofnepal.gov.np | |
Vikianbarda əlaqəli mediafayllar |