Çoxbölümlü biberşteyniya (lat. Biebersteinia multifida) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin biberşteyniyakimilər fəsiləsinin biberşteyniya cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" – VU A2c+3 cd. Azərbaycanın nadir növüdür.
Çoxbölümlü biberşteyniya | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Cins: Növ: Çoxbölümlü biberşteyniya |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
Xovlu, tükcüklü, gövdəvari vəzli, çoxillik bitkidir. Gövdəsi düzdür, mühkəmdir, vəzilidir, yuxarı hissədən budaqlanandır. Aşağıdan purpur rənglidir, 20-50 sm hündürlükdədir. Gövdə yarpaqları demək olar ki, oturaq, lansetvari və ya lansetvari-xətşəkillidir. Ləçəkləri çılpaq və ya tüklü-kirpikciklidir, uzunsov-pazvaridir, bütöv və ya dişlidir, sarı, 5–8 mm uzunluğundadır. Meyvələri 5 mm uzunluğunda, çılpaq və qırışlıdır.
Çiçəkləməsi və meyvə verməsi aprel-may aylarına təsadüf edir. Quru, gilli, əhəngli və daşlı yamaclarda rast gəlinir.
Naxçıvan düzənliyi və dağlıq hissəsidir.
Populyasiyanın təbii bərpası azalır, antropogen təsirlərə həssaslıq müşahidə olunur.
Populyasiyanın zəif təkrarlanması, otarılma, tapdalanmadır.
Yayıldığı sahəni qorumaq üçün müvafiq tədbirlərin görülməsi, növün müasir vəziyyətinin dəqiq öyrənilməsi, yeni yayılma sahələrinin aşkar edilməsi, introduksiya olunması təklif olunur.