Bienertia cycloptera

Girdəqanad binersiya (lat. Bienertia cycloptera) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinin binersiya cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU A2c+ 3c. Azərbaycanın nadir növüdür.

Girdəqanad binersiya
Elmi təsnifat
Beynəlxalq elmi adı

Qısa morfoloji təsviri

[redaktə | mənbəni redaktə et]

15-20 sm hündürlükdə, çılpaq, şirəli, birillik ot bitkisidir. Yarpaqları oturaq, növbəli, xətvari, yarımsilindrik, ətli-şirəli, kütdür aşağıda gövdəyə bitişikdir. Çiçəkləri yarpaq qoltuğunda yumaqcıqlara toplanmışdır, sonradan kiçik ayaqcıqlıdır. Erkəkciyi 5-dir, demək olar ki, görünmür. Yumurtalığı 2-3, qısa dişcik ağızcıqlıdır. Meyvələri 5-7 mm diametrindədir. Toxumu 1,5-2,5 mm diametrində, yastı horizontaldır.

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Çiçəkləmə və meyvə əmələgətirmə dövrü may-noyabr aylarına təsadüf edir. Kserofit, halofit, işıqsevən, duzlaşmaya davamlıdır. Toxumla çoxalır. Şoranlıqda şorangəlik qruplaşmalarının tərkibində rast gəlinir.

Kür-Araz ovalığı, Abşeron (Nardaran kəndinin ətrafı), Naxçıvan düzənliyi (Böyükdüz ətrafı).

Sayı və tendensiyası

[redaktə | mənbəni redaktə et]

Populyasiyanın azalma tendensiyası müşahidə olunur, yaşama ərazisi məhdudlaşır.

Məhdudlaşdırıcı amillər

[redaktə | mənbəni redaktə et]

Xəzər dənizinin səviyyəsinin qalxması və antropogen amillər (otarılma, tapdalanma, bağ tikintiləri).

Mühafizə tədbirləri

[redaktə | mənbəni redaktə et]

Mühafizə üçün xüsusi tədbirlər aparılmır, yayılma yerlərində antropogen təsiri azaltmaq üçün yasaqlıqların təşkili, populyasiya səviyyəsində genetik tədqiqi, toxumlarının toxum bankında saxlanılması, bərpasının təmin edilməsi, yeni yayılma yerlərinin axtarılması təklif olunur.