Bilək-əldarağı oynaqları (lat. articulationes carpometacarpeae) — ikinci sıra bilək sümükləri ilə beş daraq sümükləri əsaslarının birləşməsindən əmələ gəlmiş oynaqdır. Ancaq bunlardan baş barmağın bilək-əldarağı oynağı ayrıdır. Qalan dörd bilək-əldarağı oynaqlarının kapsulu və boşluğu ümumidir. Oynaqda iştirak edən sümüklərin oynaq səthləri qeyri-müntəzəm şəkildə olurlar, ancaq beşinci daraq sümüyünün əsası və qarmaqlı sümüyün distal səthi yəhərə bənzəyir. Oynaq kapsulu gərginləşmiş (V daraq sümüyü nahiyəsində azaddır) və lat. ligamenta caropometacarpea palmaria, dorsalia et interossea; ligamentametacarpea palmaria vasitəsilə möhkəmlənmişdir. Oynaq boşluğu biləkarası oynaqlarla daraq sümükləri əsasları arasında əmələgələn əldarağı oynaqlar — lat. articulationes intermetacarpae ilə birləşir. Bunlar yastı oynaqlardır. Bəzən başlı sümük ilə qarmaqlı sümükdən bir sümükarası bağ başlayaraq III, IV daraq sümükləri əsaslarına bağlanır. Bu halda həmin bağ boşluğu iki hissəyə ayrılır. II—V bilək-əldarağı oynaqları şəkil və vəzifə cəhətcə yastı oynaqlardan hesab olunur. Axırıncı V oynaq yəhərəbənzər oynağa oxşayır.
Bilək-əldarağı oynağı | |||
---|---|---|---|
| |||
Latınca | articulationes carpometacarpeae | ||
Sümükləri | Əldarağı sümükləri, bilək sümükləri | ||
Qrey | subyekt 88 330 | ||
Dorlands / Elsevier |
[1] | ||
Baş barmaq bilək-əldarağı oynağı — lat. articulatio carpametacarpea pollicis trapesiyaşəkilli sümüyün I daraq sümüyü ilə birləşməsindən əmələ gəlir. Bunların oynaq səthləri yəhərəbənzəyir. Oynaq kapsulu çox genişdir və oynaq boşluğu müstəqildir. Formaca bu oynaq yəhərəbənzər oynaqlardandır və ancaq insanlara xasdır. Bunun iki: frontal və sagital oxları vardır. Frontal oxu ovuc səthinə paralel olmayıb, onunla 45°-lik bucaq əmələ gətirir. Sagital oxun başına hərəkət etdikdə bağ barmaq gah çeçələ barmağa yaxınlaşır (adduksiya), gah uzaqlaır (abduktion). Frontal oxun başına hərləndikdə baş barmaq çeçələ barmağın qarşısında durur (lat. oppositio) və ya əksinə olur. Bu hərəkətlərdən başqa mühiti hərlənmə də (lat. circumductio) mümkündür.