Bilal Telman oğlu Bilalov — AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun Qeyri-harmonik analiz şöbəsinin müdiri, fizika-riyaziyyat elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü, AMEA Rəyasət Heyətinin üzvü. "Riyaziyyat" üzrə Problemlər Şurasının Sədr müavini, Azərbaycan Aktuarlar Assosiasiyasının sədri. Fəxri fərman ilə təltif olunmuşdur. Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Riyaziyyat və Mexanika elmləri üzrə ekspert şurasının sədridir. Türk Dünyası Riyaziyyat Cəmiyyəti İdarə Heyətinin üzvü olmuşdur (2009–2011).
Bilal Bilalov | |
---|---|
Bilal Telman oğlu Bilalov | |
Doğum tarixi | 2 yanvar 1963 (61 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Elm sahəsi | riyaziyyat |
Elmi dərəcəsi | |
Elmi adları | professor, AMEA-nın müxbir üzvü |
İş yerləri | Azərbaycan Milli Elmlər Akademiyası Riyaziyyat və Mexanika İnstitutu |
Bilal Telman oğlu Bilalov 2 yanvar 1963-cü ildə Azərbaycan Respublikası Qazax rayonunun Fərəhli kəndində anadan olmuşdur. 1986-cı ildə M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) tətbiqi riyaziyyat fakültəsini bitirmişdir. 1986–1989-cu illərdə MDU-nun əyani aspirantı. 1989-cu ildə akademik Y. İ. Moiseyevin rəhbərliyi altında "Bəzi xüsusi sistemlərin tamlığı və bazisliyi" mövzusunda MDU-da fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsi almaq üçün dissertasiyanı müdafiə etmişdir. 1990–1993-cü illərdə Azərbaycan Texnologiyaları İnstitutunda assistent vəzifəsində çalışmışdır. 1993–1996-cı illərdə MDU-da doktoranturaya qəbul olmuş və orada 1996-cı ildə "Üstlü sistemlərin bazislik xassələri və onların ümumiləşmələri" mövzusunda fizika-riyaziyyat elmləri doktoru elmi dərəcəsini almaq üçün doktorluq dissertasiyasını müdafiə etmişdir. Həmin ildən AMEA Riyaziyyat və Mexanika İnstitutunda böyük elmi işçi, baş elmi işçi işləyib. 2002-ci ildən indiyə kimi "Qeyri-harmonik analiz" şöbəsinin müdiridir. 2009-cu ildə professor, 2014-cü ildən AMEA-nın müxbir üzvüdür.
1980–1983-cü illərdə Azərbaycan Dövlət Universiteti (indiki BDU), "Tətbiqi riyaziyyat" fakültəsi, tələbə
1983–1986-cı illərdə Moskva Dövlət Universiteti, "Tətbiqi-riyaziyyat və kibernetika" fakültəsi, tələbə
1986–1989-cu illərdə Moskva Dövlət Universiteti, "Tətbiqi-riyaziyyat və kibernetika" fakültəsi, aspirant
1993–1996-cı illərdə Moskva Dövlət Universiteti, "Tətbiqi-riyaziyyat və kibernetika" fakültəsi, doktorant
1989-cu il- Moskva Dövlət Universiteti, Fizika-riyaziyyat elmləri namizədi (01.01.02–Diferensial tənliklər və riyazi fizika).
Dissertasiyanın adı: "Bəzi xüsusi sistemlərin tamlığı və bazisliyi"
1996-cı il -Moskva Dövlət Universiteti, Fizika-riyaziyyat elmləri doktoru (01.01.02. – Diferensial tənliklər və riyazi fizika).
Dissertasiyanın adı: "Bəzi diferensial operatorların məxsusi funksiyalar sistemlərinin bazislik xassələri və onların ümumiləşməsi"
2009-cu il- Riyazi analiz ixtisası üzrə professor
2014-cü il- AMEA-nın müxbir üzvü
1990–1993-cü illərdə kiçik elmi işçi, Gəncə Texnologiya Universiteti, Riyaziyyat fakültəsi
1996–2002-ci illərdə böyük elmi işçi, AMEA Riyaziyyat və Mexanika İnstitutu, "Funksional analiz" şöbəsi
2002-ci ildən indiyədək aparıcı elmi işçi, AMEA Riyaziyyat və Mexanika İnstitutunun "Qeyri-harmonik analiz" şöbəsinin müdiri
2008-ci ildən indiyədək Azərbaycan Aktuarlar Assosiasiyasının sədri
2005-ci ildən indiyədək Bakı Dövlət Universitetinin "Tətbiqi riyaziyyat və kibernetika" və "Mexanika-Riyaziyyat" fakültələrinin professoru
• Azərbaycan Aktuarlar Assosiasiyasının sədri
• "Azerbaijan Journal of Mathematics" jurnalının baş redaktoru
• "Caspian Journal of Applied Mathematics, Ecology and Economics" jurnalının baş redaktoru
• Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Riyaziyyat və Mexanika elmləri üzrə ekspert şurasının sədri
• Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının üzvü
• Azərbaycan Riyaziyyat Cəmiyyəti İdarə Heyətinin üzvü
• AMEA Prezidenti yanında Elmlərin Əlaqələndirilmə Şurasının üzvü
• "Riyaziyyat" üzrə Problemlər Şurasının Sədr müavini
• Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun rəyçisi
• Türk Dünyası Riyaziyyat Cəmiyyəti İdarə Heyətinin üzvü (2009–2011)
• AMEA RMİ-nin doktorluq dissertasiya Şurasının nəzdindəki elmi seminarın rəhbəri (2009–2011)
• AMEA RMİ-nin nəzdindəki doktorluq dissertasiya Şurasının üzvü.
Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin Fəxri Fərmanı (2012-ci il)
• Approksimasiya nəzəriyyəsi
• Bazis nəzəriyyəsi
• Freym nəzəriyyəsi
• Operatorların spektral nəzəriyyəsi
• Qeyri-səlis nəzəriyyə
• Diferensial operatorların spektral nəzəriyyəsindən məlum məşhur A. Q. Kostyuçenko məsələsini tam həll etmişdir.
• Yaxın bazislər üzrə Banax fəzaları üçün klassik Peli-Viner və N. K. Bari teoremlərinin ümumiləşmələri verilmişdir. Xüsusi Hilbert fəzaları halında alınmış nəticələr klassik nəticələri gücləndirir.
• A. M. Sedletski tərəfindən " 1/4-Kadets" teoreminin sinus və kosinus analoqlarının varlığı haqqında qoyulmuş sual müsbət həll olunmuşdur.
• t-fəzaları anlayışını daxil etmiş və bu fəzalar üçün Şauder bazisi anlayışının təbii ümumiləşməsini vermişdir.
• İsbat edilmişdir ki, üstlü sistemlər yalnız eksponent halında bazis ola bilərlər və bazis halında klassik eksponent bazisinə izomorf olurlar.
• Əvvəllərdə müəyyən spektral məsələlərin həlli zamanı meydana çıxan məxsusi funksiyalar üçün atılma məsələsinin abstrakt halda ümumi həllini tapmışdır.
• Alt fəzaların yaxınlığını klassik haldan fərqli olaraq proyektorlar dilində deyil, ümumi operatorlar dilində vermişdir və onun vasitəsilə alt fəzalardan ibarət yaxın bazislər üçün müxtəlif yaxınlıq əlamətləri göstərilmişdir.
• Klassik analitiklik və bazislik anlayışlarının ümumiləşməsi kimi ümumiləşmiş analitiklik və bazislilik anlayışları daxil edilmiş və əsas klassik faktlar baxılan hala köçürülmüşdür.
• Həyəcanlanmış bazislər istiqamətində əhəmiyyətli nəticələr alınmış və onlar konkret sistemlərə tətbiq edilmişdir.
• İxtiyari cırlaşmayan sistemə nəzərən bazislərin əmsallar fəzası anlayışı təyin edilmiş və yeni nəticələr alınmışdır.
• Cırlaşmış əmsala malik eksponent, kosinus və sinus sistemlərinin Lebeq fəzalarında freymlilik xassələri öyrənilmişdir.
• Ümumiləşmiş Faber çoxhədlilərindən ibarət ikiqat sistemin bazisliyi öyrənilmişdir.
• Hilbert və Banax freymlərinin nöter həyəcanlanmaları öyrənilmişdir.
• Azerbaijan Journal of Mathematics Arxivləşdirilib 2017-05-11 at the Wayback Machine
• Caspian Journal of Applied Mathematics, Ecology and Economics
• Transactions of the Institute of Mathematics and Mechanics of the National Academy of Sciences of Azerbaijan
• Proceedings of the Institute of Mathematics and Mechanics of the National Academy of Sciences of Azerbaijan
• TWMS Journal of Pure and Applied Mathematics
• Sahand Communications in Mathematical Analysis (SCMA)
• International Journal of Mathematical Analysis
• Advances in Analysis
• The Aligarh Bulletin of Mathematics
1. Bilalov B. T., Vəliyev S. Q. "Некоторые вопросы базисов", Bakı, Elm, 2010
2. "Selected works of Akif D. Gadjiev", Baku, 2012 (redaktor)
3. Vəliyev S. Q. "Краевые задачи и базисы из экспонент", Bakı, Elm, 2006 (redaktor)
4. Билалов Б.Т. "Некоторые вопросы аппроксимации", Баку, Элм,2016
120-dən çox elmi məqalənin müəllifidir.