Bilderberq klubu (ing. Bilderberg Club), Bilderberq qrupu (ing. Bilderberg Group), Bilderberq konfransı (ing. Bilderberg conference), Bilderberq toplantıları (ing. Bilderberg meetings) — dünyanın ən güclü, planetin ən nüfuzlu və ən zəngin insanlarının, beynəlxalq və regional miqyaslı siyasi, iqtisadi, mədəni dairələrin, özəl biznes və bank sahəsinin ən nüfuzlu şəxslərinin illik qeyri-formal yığıncağı[1]. Klubun mənzil-qərargahı Karneqi Fondunun Nyu-York ofisində yerləşir.[1]
Klubun ilk toplantısı Amerika xüsusi xidmət orqanlarının himayəsi altında[1] 29 may 1954-cü ildə Niderlandın Osterbek şəhərindəki "Bilderberq" otelində olub.[2][3] Qrup öz adını da buradan götürüb.[4] Burada Niderlandın kral sarayının dəvətilə 12 ölkədən 70 nəfər iştirak edib.[4]
İlk toplantıdan bəri hər dəfə yeni bir yerdə toplaşırlar.[5] Onların tərkibi klubun rəhbər şurası tərəfindən diqqətlə seçilərək müəyyənləşdirilir.[1] İştirakçılar bu konfransın nəticələrindən istifadə edə bilərlər.[1] Lakin onların toplantıdakı çıxışların, iddiaların detallarını açıqlamağa ixtiyarları yoxdur.[1]
Klubun 60 illik tarixindən artıq bir dövrdə mətbuata klubun iclaslarında nə baş verdiyi, kimin nə danışdığı haqda heç bir məlumat daxil olmayıb.[4] Əgər hansısa jurnalist araşdırmalarının nəticələri mətbuata sizsa, onu heç kəs təsdiq və ya təkzib etməyə tələsmir.[4] Tədqiqatçı, Niderlandın Hərbi Sənədlər İnstitutunun elmi işçisi, Avropa tarixinə dair bir neçə kitabın müəllifi Cerard Aalder bildirir ki,
"Bilderberq konfransı ətrafında nə qədər şayiələr dolaşsa da, bir şey dəqiqdir: Bilderberq klubu, ilk növbədə, milyardlarla dollar potensial investisiyadır."[1]
Klubunun son toplantısı 2015-ci il 11-14 iyun tarixləri arasında Avstriyanın Tirol əyalətinin Telfs-Buhen qəsəbəsindəki "İnteralpen" otelində keçirilir.[4] 22 ölkədən 140-a yaxın adam bu toplantıya dəvət alıb.[4]
Təşkilatın yaradılmasından sonra qarşıya qoyulan əsas məqsəd öz mərkəzi bankı, sonradan vahid valyutası olan Avropa superdövlətinin yaradılması və Avroatlantizm prinsiplərinin möhkəmləndirilməsi idi.[1] Son hədəf isə vahid qlobal hökumətin yaradılması olaraq müəyyənləşdirilmişdi.[1]
Bilderberq klubu 3 dairədən formalaşır:[1]