Osmanlı türkləri — Osmanlı dövlətinin əsas əhalisi (1299–1922). Osmanlı dövlətinin yaranması ilə bağlı bu dövlətdə yaşamış türklərə sonradan qoyulan addır. Böyük Səlcuq imperatorluğunun dağılmasından bir müddət sonra Kiçik Asiyada yeni bir müsəlman-türk dövləti — Osmanlı imperatorluğu yarandı. Osmanlı imperatorluğunun əsasını oğuzların qayı boyundan olan Osman bəy qoymuşdur. Osmanlı türklərinin adı Xudat bəyin adı ilə bağlıdır. Hal-hazırda keçmiş Osmanlı türk tayfalarından yalnız "Xudat-zadə" nəslinin adı çəkilir.
Monqolların Mərkəzi Asiyaya yürüşü zamanı 70 min oğuz türkü Anadoluya köçdü. Ərtoğrulun oğlu Osman bəy (1281–1328) qayıların başçısı kimi ilk növbədə Əskişəhər-İraq yolunu ələ keçirdi və Koniya sultanlığına son qoydu. 1299-cu ildə öz adı ilə Osmanlı dövlətinin istiqlalını elan etdi. Osman sülaləyə, dövlətə, millətə, dilə öz adını verdi.
Osman Qazinin əsas planlarından biri Bizansı tutmaq idi. 1314-cü ildə Bursa qalasını mühasirəyə aldı. Qala 12 ildən sonra 1326-cı ildə təslim oldu. Onun mühasirəsində Osmanın oğlu Orxan daha fəallıq göstərmişdi. 1329-cu ildə Bursa Osmanlı dövlətinin paytaxtı oldu. Osmanlılar Mərmərə dənizinin Anadolu hissəsində həmişəlik möhkəmləndilər. Osmandan sonra hakimiyyətə gələn Orxan Qazi (13 −359) dövlət quruculuğu ilə məşğul oldu. Ölkənin ərazisi vilayət dairələrə bölündü. O, Konstantinopolu tutmağa can atırdı.
Osmanlı imperiyası Murad (1359–1389) hakimiyyətə gələndən sonra dövləti xeyli möhkəmləndirdi. Murad, Osmanlı tarixində ilk dəfə "sultan" titulunu qəbul etdi. Sultan Murad Balkanlarda fəthləri davam etdirərək, 1361-ci ildə Ədirnəni, Şərqi Frakiyanın qonşu rayonlarını, Plovdiv, Sofiya, Şumen, Nis və digər şəhərləri ələ keçirdi. Ədirnə abadlaşdırıldı və paytaxt edildi. Bu zaman Balkanlarda üç böyük dövlətdən biri Bizans tamamilə zəifləmişdi, onun ərazisində ticarəti tamamilə ələ keçirmiş venesiyalılar və genuyalılar ağalıq edirdilər. 1370-ci ildə Bizans, sonra isə Bolqarıstan osmanlıların ağalığını qəbul etdi.
Oğuz-sәlcuqların bizim minilliyin әvvәllәrindәki yürüşlәri türk-osmanlı dilinin әsasını qoyub. Azәrbaycanda isә mövcud türk dili bu zaman artıq çoxdan var idi.[1] Osmanlı türklərinin Səlcuqlardan fərqli olaraq onu rəsmi dövlət bayram kimi qeyd etməmələri olmuşdur.[2]