Axura — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda kənd.[2]
Axura | |
---|---|
39°33′44″ şm. e. 45°09′41″ ş. u. | |
Ölkə | Azərbaycan |
Muxtar respublika | Naxçıvan MR |
Rayon | Şərur rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 1.203 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 1571[1] nəfər |
Dərələyəz silsiləsinin ətəyindədir. Adını ərazidəki eyniadlı çaydan almışdır. Keçmiş adı Yeni Axura olmuşdur. Axura adlı yaşayış məntəqəsinin adı ilk dəfə VII əsrə aid mənbədə çəkilir. 1840-cı il iyunun 20-də güclü zəlzələ nəticəsində Ağrı dağının ətəyində yerləşən Axura kəndi dağılmış, kəndin əhalisi indiki əraziyə köçərək Yeni Axura kəndinin əsasını qoymuşdur. Sonralar oykonimin birinci komponenti düşmüş, kənd Axura adlandırılmışdır.[3]
Əhalisi 1571 nəfərdir.[1]