Billava

Billava yaşayış yeriŞərur rayonunda, Axura kəndinin cənub-şərqində, hər tərəfdən dağlarla əhatələnmiş dərədə son orta əsrlərə aid arxeoloji abidə.

Yaşayış yeri XX əsrin ortalarınadək həyatın davam etdiyi eyni adlı kəndin 2 km-liyində yerləşir. Yerüstü tədqiqatlar nəticəsində Billava kəndi yaxınlığında şirli gil qab parçaları əldə edilmişdir. Abidəni IX-XX əsrlərə aid etmək olar.

Hündür təpənin üzərində aşkar edilən nekropolda qəbirlərin hamısı qiblə istiqamətindədir. Başdaşıları yonulmamış, yastı daşlardan qoyulmuşdur. Bəzi qəbirlərin ətrafı dördkünc formada çaydaşıları ilə əhatələnmiş, bəzilərinin isə üstü tamamilə daşla örtülmüşdür. Nekropolun ərazisindən orta əsrlərin inkişaf etmiş dövrünə aid şirli və şirsiz keramika məmulatı aşkar olunmuşdur.

  • Naxçıvan abidələri ensiklopediyası. Naxçıvan: AMEA Naxçıvan bölməsi, 2008, səh.45.