Binəqədi kərgədanı (lat. Rhinoceros binagadensis və ya lat. Dicerorhinus binagadensis) — Kərgədanlara aid nəsli kəsilmiş növ. Sonuncu buz dövründə yaşamışlar[1]. Qalıqlar ilk dəfə 1938-ci ildə Binəqədi qır gölündə aşkarlanmışdır. Göl Abşeron yarımadasında Binəqədi rayonunun cənub-şərqində yerləşir.
Binəqədi kərgədanı | ||||
---|---|---|---|---|
Elmi təsnifat | ||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Binəqədi kərgədanı |
||||
Beynəlxalq elmi adı | ||||
|
||||
|
Bu növ ilk dəfə ətraflı olaraq 1955-ci ildə Cəfərov tərəfindən araşdırılmış və qeydə alınmışdır[2][3]. Müasir kərgədanlarda olduğu kimi binəqədi kərgədanında iki buynuzu olmuşdur. Onların dişləri Asiya növlərindən fərqlənir və daha çox Afrika kərgədanına yaxındır[4].
2010-cu ildə kərgədanın skleti nümayiş məqsədi ilə Neapola aparılmış və Sitta dellaSienza müzeyində nümayiş etdirilmişdir[5].