Kərgədanlar (lat. Rhinocerotidae) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin təkdırnaqlılar dəstəsinə aid heyvan fəsiləsi. Fəsiləyə Afrika və Asiyada yayılmış 5 növ daxildir.
Kərgədanlar | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Tipüstü: Tip: Klad: Yarımtip: İnfratip: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Sinifüstü: Klad: Klad: Sinif: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Yarımsinif: Klad: İnfrasinif: Maqndəstə: Dəstəüstü: Klad: Qranddəstə: Ranqsız: Klad: Klad: Dəstə: Yarımdəstə: İnfradəstə: Fəsiləüstü: Fəsilə: Kərgədanlar |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
Bədəninin uzunluğu 2,5–4 m, süysününün hündürlüyü 1–2 m, kütləsi 3 t-dək olur. Hətta ağ kərgədanların kütləsi 5 t-a qədər ola bilir. Burnunun üstündə bir-birinin ardınca 1–2 buynuzu olur. Boynu gödək, beli əyilmiş, qarnı sallaqdır. Dərisi qalın və tüksüz, rəngi tünd-bozdur. Yaxşı eşidir və iy bilir, zəif görür. Bədəninin ağır olmasına baxmayaraq qısa məsafədə çox sürətlə — saatda 40–45 km sürətlə qaçır. Cənub-Şərqi Asiyada və Afrikada yayılmışdır. Tropik meşə, savanna və bataqlıqlarda, əsasən cüt, bəzən də kiçik qrup halında yaşayır. Noyabr—dekabrda cütləşir. Boğazlıq dövrü 17–18 aydır. Əti yeməlidir. Mühafizə olunur.