Binəqədi rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Binəqədi rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi (MKS)

Binəqədi rayon Mərkəzləşdirilmiş Kitabxana SistemiBakı şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin tabeliyində fəaliyyət göstərən Mərkəzləşdirilmiş Kitabxana Sistemlərindən biri. Binəqədi rayon MKS-nin direktoru: Rəna Fikrət qızı Biləndərli

Azərbaycan Respublikası Prezidentinin 6 oktyabr 2008-ci il tarixli 3072 saylı "Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008–2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı" haqqında Sərəncamının[1] Tədbirlər Planının 2.1.5 bəndinə uyğun olaraq 2011-ci ildə yaradılıb.

Binəqədi rayonunda yerləşən 8 kitabxana (V. Q. Korolenko ad. Mərkəzi Şəhər Gənclər Kitabxanası, 8-ci mkr. kütləvi kitabxanası, Ş. Qurbanov ad. kütləvi kitabxana, Biləcəri qəsəbə kütləvi kitabxanası, Hüseyn Cavid ad. kütləvi kitabxana, Xoca-Həsən qəsəbə kütləvi kitabxanası, Binəqədi qəsəbə uşaq kitabxanası və Süleyman Rüstəm ad. kütləvi kitabxana) bazasında Binəqədi rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi (MKS) yaradılıb. Hal-hzırda MKS-də 7 kitabxana fəaliyyət göstərir.

Binəqədi rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) tərkibində 6 şöbə — Oxuculara xidmət şöbəsi, Uşaq şöbəsi, İnformasiya resurs şöbəsi, Komplektləşdirmə və kitabişləmə şöbəsi, Metodika və biblioqrafiya şöbəsi, Kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması şöbəsi fəaliyyət göstərir.

Tarixi və Struktur[redaktə | mənbəni redaktə et]

Mərkəzi kitabxana[redaktə | mənbəni redaktə et]

Binəqədi rayon MKS-nin Mərkəzi Kitabxanası

Binəqədi rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası (V. Q.Korolenko ad. Mərkəzi Şəhər Gənclər Kitabxanası) 25 noyabr 1928-ci ildən fəaliyyət göstərir. Ünvan: AZ 1008, Bakı şəh., Gəraybəyli küç., 71. E-mail: [email protected] Tel.: (+ 994 12) 562–59-33 www.binagadi.cls.az

1 saylı kitabxana-filial[redaktə | mənbəni redaktə et]

Binəqədi rayon MKS-nin 1 saylı kitabxana-filialı (8-ci mkr. kütləvi kitabxanası) 1 oktyabr 1972-ci ildə yaradılıb. 30 noyabr 1972-ci ildə kitabxanaya verilən S. M. Kirov adı 1975-ci ildə ləğv olunub, 2011-ci ildən Binəqədi rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 1 saylı kitabxana-filialı olaraq fəaliyyət göstərir. Ünvan: AZ-1130. 8-ci mikrorayon, N. Nərimanov küçəsi, ev 71B (23-B)

2 saylı kitabxana-filial[redaktə | mənbəni redaktə et]

Binəqədi rayon MKS-nin 2 saylı kitabxana-filialı

Binəqədi rayon MKS-nin 2 saylı kitabxana-filialı (Ş. Qurbanov ad. kütləvi kitabxana) təqribən 1930-cu ildən inqilabçı P. A. Blyaxin adına kütləvi kitabxana kimi fəaliyyət göstərmişdir. 2003-cü ildə isə görkəmli incəsənət xadimi Ş. Qurbanovun adını daşımışdır. 2011-ci ildən Binəqədi rayon MKS-nin 2 saylı kitabxana-filialı olaraq fəaliyyət göstərir. Ünvan: Az 1053, Binəqədi qəsəbəsi. G. Ramazanov küç.4

3 saylı kitabxana-filial[redaktə | mənbəni redaktə et]

Binəqədi rayon MKS-nin 3 saylı kitabxana-filialı (Biləcəri qəsəbə kütləvi kitabxanası) 1950-ci ildən fəaliyyət göstərir. 2011-ci ildən Binəqədi rayon MKS-nin 3 saylı kitabxana-filialı olaraq fəaliyyət göstərir. Ünvan: Q. Süleymanov küç., məhəllə 5075, bina 9a.

4 saylı kitabxana-filial[redaktə | mənbəni redaktə et]

Binəqədi rayon MKS-nin 4 saylı kitabxana-filialı (Hüseyn Cavid ad. kütləvi kitabxana) 1981-ci ildən görkəmli mütəfəkkir Hüseyn Cavidin adını daşıyır. 2011-ci ildən Binəqədi rayon MKS-nin 4 saylı kitabxana-filialı olaraq fəaliyyət göstərir. Ünvan: Q. Süleymanov küç., məhəllə 5075, bina 9a.

5 saylı kitabxana-filial[redaktə | mənbəni redaktə et]

Binəqədi rayon MKS-nin 5 saylı kitabxana-filialı (Xoca-Həsən qəsəbə kütləvi kitabxanası) 1938-ci ildən kitabxana kimi fəaliyyət göstərmişdir. 2011-ci ildən Binəqədi rayon MKS-nin 5 saylı kitabxana-filialı olaraq fəaliyyət göstərir.

6 saylı kitabxana-filial[redaktə | mənbəni redaktə et]

Binəqədi rayon MKS-nin 6 saylı kitabxana-filialı (Binəqədi qəsəbə uşaq kitabxanası) 1951-ci ildən Binəqədi qəsəbə Uşaq kitabxanası olaraq fəaliyyətə başlayıb. 2011-ci ildən Binəqədi rayon MKS-nin 6 saylı kitabxana-filialı kimi fəaliyyət göstərir.

Əlaqə[redaktə | mənbəni redaktə et]

Ünvan: AZ 1008, Bakı şəh., Binəqədi rayonu, A. Gəraybəyli küç. 71. E-mail: [email protected] Tel.: (+ 994 12) 562–59-33

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Arxivlənmiş surət". 2018-11-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-10-20.