"Binqo Bonqo" (it. Bingo Bongo) — rejissor Paskuale Festa Kampanilenin filmi.[1]
Binqo Bonqo | |
---|---|
it. Bingo Bongo | |
Janr | Komediya |
Rejissor | Paskuale Festa Kampanile |
Ssenari müəllifləri |
Franko Ferrini Franko Marotta Enriko Oldoini |
Baş rollarda |
Adriano Çelentano Karol Buke |
Operator | Alfio Kontini |
Bəstəkar | Pinuçço Pyerassoli |
İstehsalçı | Intercapital |
Distribütor | Netflix |
İlk baxış tarixi |
25 dekabr 1982, İtaliya 11 fevral 1983, Almaniya |
Filmin növü | bədii film |
Müddət | 105 dəqiqə |
Ölkələr |
İtaliya Almaniya |
Dil | italyan dili |
İl | 1982 |
Rəng | rəngli |
IMDb | ID0083655 |
Tədqiqatçılar vəhşi Afrika cəngəlliklərindən meymun tərbiyəli və istənilən başqa heyvanla danışan insan tapırlar. Onu Binqo Bonqo adlandırıb İtaliyaya gətirirlər. Burada onun təlimi ilə gənc bioloq Laura məşğul olur. Laura Binqo Bonqonun etibar elədiyi yeganə insandır. Qızı bu işdən kənarlaşdırandan sonra Binqo qaçır və dərk edə bilmədiyi şəhərdə ardıcıl bir neçə komik hadisələrlə qarşı-qarşıya qalır.
Binqo Lauranı sevir və ümid edir ki, sevgisi qarşılıqlıdır. Lakin qız onu yaşı çox olan uşaq hesab edir. Binqo Bonqo və onun dostu – şimpanze bu şəhərdən Afrikaya qaçmağa cəhd edirlər. Onlar hava şarında, sonra da vannada yola çıxsalar da, bu səfərdən heç nə çıxmır.
Onda Binqo Bonqo elmi mərkəzə böyük bir heyvan dəstəsilə gəlir və insanlarla heyvanlar arasında anlaşmaq üçün öz xidmətini təklif edir. Heyvanlar Bonqo vasitəsilə insanlara qazıntıda kömək edir, zəlzələni əvvəlcədən xəbər verir.
Binqo Lauranın hörmətini qazanaraq onunla evlənir. Onlar təbiətlə harmoniya şəraitində yaşayırlar. Filmin sonunda Binqonun sayəsində hətta Kinq-Konq da sakitləşdirilir.
İtaliya filmlərinin siyahısı
Almaniya Federativ Respublikası filmlərinin siyahısı